Ukrayna prezidenti Vladimir Zelenski bu il Rusiya – Ukrayna müharibəsinə son qoymağı qarşısına məqsəd qoyub. Bunu bazar günü, fevralın 23-də Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiha Ukrayna forumundakı çıxışında deyib.
"Biz əminik ki, bu il belə şansımız var" deyə Sibiqa bildirib. Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin emosiyalara təslim olmamağa çağırıb. Sitat-“Biz tərəfdaşlarımıza deyirik ki, bu gün diplomatik təhlükəsizlik kəmərlərimizi bağlamağın vaxtıdır. Emosiyalara təslim olmamalıyıq. Ukrayna Prezidentinin qarşıya vəzifə qoyduğu kimi, ədalətli sülhə nail olmaq və bu il bu müharibəyə son qoymaq üçün bütün qüvvələri maksimum səfərbər etməliyik”, - sitatın sonu.Sibiqa həmçinin vurğulayıb ki, Ukrayna müharibəni ədalətli şəkildə bitirmək üçün ABŞ-a ehtiyac duyur. “Bizə Rusiyaya əlavə təzyiq lazımdır və biz aydın rıçaqlar üzərində işləyirik – “sanksiyalar, dondurulmuş aktivlər kimi”. Çünki neftin qiyməti həm də fövqəladə bir vasitə rolunu oynayır", - deyə Andrey Sibiqa vurğulayıb.
Surxay Əliyev