Mühafizəkarların Siyasi Fəaliyyət Konfransında təxminən saat yarımlıq çıxışında Ağ Ev rəhbəri sevimli mövzularından, immiqrasiya ilə mübarizə, tariflər, müxtəliflik və bərabərlik proqramının ləğvindən də danışıb.
Onun təxminən saat yarımlıq çıxışındakı mövzulardan biri də Ukrayna olub. Tramp bildirib ki, ABŞ Ukrayna ilə təkcə nadir torpaq metalları ilə bağlı deyil, digər ehtiyatlar üzrə də saziş bağlamaq niyyətindədir. Və iddia edib ki, ABŞ-a bu resurslar “Ukraynaya yatırılan pulu qaytarmaq” üçün lazımdır, çünki Avropa ölkələri Ukraynaya kredit şəklində yardım edib, ABŞ isə onu pulsuz verib. Və əlavə edib ki,mən prezident Zelenskiylə, prezident Putinlə işləyirəm və pulumu geri almağa və ya onun təhlükəsiz olduğuna əmin olmağa çalışıram" deyə Tramp vurğulayıb. O, iddia edib ki, Avropa Ukraynaya 100 milyard dollar, ABŞ isə 350 milyard dollar verib. “Ancaq pisi odur ki,Avropa yardımı Ukraynaya kredit kimi verib ki, pullarını geri ala bilsinlər Ona görə də qoyduğumuz bütün pullar müqabilində bizə bir şey vermələrini istəyirəm və buna çalışıram”, – deyən Amerika prezidenti əlavə edib ki, ona görə də biz nadir torpaq metalları, neft və əldə edə biləcəyimiz hər şeyi istəyirik”, - deyə Tramp yekunlaşdırıb.
Surxay Əliyev