Ukrayna hakimiyyəti ABŞ-ın Ukraynanın mineral ehtiyatlarının bir hissəsinin Vaşinqtona verilməsi haqda razılaşmanın bir hissəsi kimi nəzərdə tutulan 500 milyard dollarlıq birgə fond yaratmaq tələbinə qarşı çıxıb. Bu barədə Bloomberg agentliyi fevralın 22-də adı açıqlanmayan ukraynalı rəsminin sözlərinə istinadən məlumat yayıb.
Xüsusi fond Rusiyanın Ukraynaya qarşı işğalı başlayandan bəri Ukraynaya göstərdiyi yardıma görə ABŞ-a kompensasiya ödəməli idi. Agentliyin mənbəsi bildirib ki, Ukrayna faktiki məbləğin beş dəfə az, təxminən 90 milyard dollar təşkil etdiyini bildirir. Mənbə onu da əlavə edib ki, danışıqlarda əngəl ABŞ-ın gələcək hərbi və maliyyə yardımı ilə bağlı heç bir zəmanət verməməsi olub. Ukrayna Radiosu - NV-nin mənbələrinə görə, Ukrayna mineral ehtiyatlar üzrə saziş üçün yeni təkliflərini ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloqa təqdim edib. “Əvvəllər ABŞ bu fondun həcmini 500 milyard dollar səviyyəsində təyin etməyi təklif edirdi, lakin biz bu təklifi 100 milyard dollara endirib Kellogq-a təhvil verdik”, - deyə nəşrin mənbəsi bildirib.
Surxay Əliyev