Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibənin başlanmasından bəri ABŞ Ukraynaya təxminən 183 milyard dollar yardım edib ki, bunun da 65,9 milyard dolları hərbi dəstəyə yönəlib. Bu məlumatı Amerikanın Səsi Pentaqonun və ABŞ Konqresinə hesabat verən idarələrarası monitorinq qrupunun məlumatlarına istinadən yayıb.
Pentaqon qeyd edib ki, Ukraynaya ümumi yardımın təxminən 58 milyard dolları ABŞ-da xərclənib. Bu vəsait həm Kiyevə verilən silahların yeni modellərlə əvəzlənməsi, həm də istehsala birbaşa səf edilmiş investisiyalar hesabına Amerika müdafiə sənayesinin inkişafına yönəldilib. 3,9 milyard dollar isə xərclənməmiş qalır. Jurnalistlər isə Ağ Evdən Trampın bəyanatlarına və Ukraynaya yardıma xərclənən vəsaitin hesablamalarındakı “riyazi uyğunsuzluğa” münasibət bildirməyi xahiş ediblər. Jurnalistlərin suallarını cavablandıran Ağ Ev administrasiyası ABŞ prezidentinin sitatına istinad edib. “Orta dərəcədə uğurlu komediyaçı Vladimir Zelenski ümumiyyətlə başlanmal və qalibiyyəti mümkün olmayan müharibə üçün Amerika Birləşmiş Ştatlarını 350 milyard dollar xərcləməyə inandırdı .Hansı ki, bu müharibə ABŞ və Trampsız həll edilə bilməz” deyə Tramp “Truth” sosial şəbəkəsində yazıb Məlum olduğu kimi,fevralın 19-da ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ Ukraynaya yardım üçün guya 350 milyard dollar xərcləyib ki, bu da Avropanın yardımlarından 200 milyard dollar çoxdur.Tramp onu da qeyd edib ki, “Avropanın pulunun geri qaytarılacağına zəmanət verilir”, ABŞ isə “geri heç nə almayacaq”. “The Economist”isə yazır ki, fevralın 14-də dərc edilmiş son hesabatda Almaniyanın Kiel İnstitutuna istinad edilərək bildirilir ki, Avropanın töhfələri – hökumətlərdən ayrı və Avropa qurumlarından birgə – Amerikanın yardımından çoxdur.
Surxay Əliyev