ABŞ ordusunun rəhbərliyində əsaslı dəyişikliklər baş verib. ABŞ prezidenti Donald Tramp Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Braunu vəzifəsindən azad edib. Öz növbəsində Pentaqonun yeni rəhbəri Pit Heqset iki yüksək rütbəli hərbi məmuru, Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi, admiral Liza Françetti və Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general Cim Slayfı istefaya göndərib.
General Çarlz Braunun vəzifəsindən azad edildiyini özünün “Truth” sosial şəbəkəsində qeyd edən Donald Tramp Brauna ölkəyə 40 ildən artıq xidmətinə görə təşəkkür edib. Tramp eyni mesajda Braunun varisinin adını da açıqlayıb və bu posta Hərbi Hava Qüvvələrinin general-leytenantı Den Keynin namizədliyini irəli sürüb və qeyd edib ki, o, “təcrübəli pilot, milli təhlükəsizlik üzrə ekspert, uğurlu sahibkar və xüsusi əməliyyatlarda təcrübə toplamış “hərbçi”dir. Tramp həmçinin xatırladıb ki, Keyn İslam Dövləti qrupuna (Rusiya Federasiyasında terror qruplaşması kimi tanınır) qarşı mübarizədə mühüm rol oynayıb. ABŞ prezidenti sələfi Co Baydeni həmin vaxt Keyni lazımınca qiymətləndirmədiyinə görə tənqid etməyi də unutmayıb. Tramp müdafiə naziri Pit Hegsetə "əlavə beş yüksək vəzifəyə namizəd göstərməyi" tapşırıb. Trampın seçimini qeyri-adi adlandıran CNN isə qeyd edir ki, Den Keyn indi təqaüdə çıxıb və o,adətən belə yüksək vəzifəyə təyin olunmalı “dörd ulduzlu general” deyil.
Surxay Əliyev