ABŞ Ukraynadan BMT Baş Assambleyasına təqdim etdiyi Rusiyanı pisləyən qətnamə layihəsini geri götürməsini tələb edib.
“The Washington Post” yazır ki, əvvəlcə Vaşinqton Kiyevdən mətni yumşaltmasını istəsə də, sonradan tam geri çəkilməsini tələb edib. Bildirilir ki, Ağ Ev Ukraynanın hazırladığı qanun layihəsinin əvəzinə daha “mötədil” bir mətn təqdim etmək istəyir. Qəzet mənbələrə istinadən yazır ki, Ukrayna bu təşəbbüsdən “şoka düşüb” və Vaşinqtonun tələbini yerinə yetirməkdən imtina edib. Kiyev administrasiyası ABŞ-ın təqdim etdiyi qanun layihəsini “rusiyapərəstliyə yaxın” hesab edir.
Bu arada, ABŞ dövlət katibi Marko Rubio ABŞ-ın hazırladığı qətnamə layihəsini fevralın 24-də BMT-nin Baş Assambleyaya təqdim edəcəyini açıqlayıb.
TAHİR