Macarıstanın baş naziri Viktor Orban ötən həftə Parisdə Fransa prezidenti Emmanuel Makronun ev sahibliyi etdiyi Ukrayna sammitini sərt tənqid edib.
Macar lider Parisdə toplaşan Avropa liderlərini qulluqçuya bənzədib.
"Avropalı müttəfiqlərimizin Parisdəki görüşünün fotolarına baxdım. Sanki turş alma yeyiblər. Aİ Ukrayna danışıqlarının onlarsız başlamasından inciyib. Onlar da masa arxasında oturmaq istəyirlər.
Böyük oyunçularla masa arxasında oturmaq istəyirsinizsə, ətrafınıza baxın və qulluqçuları axtarın. Əgər tapa bilməsəniz, bilin ki, o sizsiniz. Paris haqqında ancaq bunları deyə bilərəm” – deyə Orban bildirib.
TAHİR