Təxminən 90 ilə yaxın Amerika Avropanı dəstəklədi və qorudu. Lakin bir ay öncə ikinci dəfə hakimiyyətə gələn Donald Tramp düşməni Vladimir Putin Rusiyası ilə dost olmağı ölkəsi üçün daha yaxşı olacağı qərarına gəldi. Belə ki, Tramp bu addımı ilə Rusiya və Çinin çoxdankı istəklərinə uyğun olaraq Pax Americana-nı dəfn etmiş olacaq. Onsuz da hər şey bu istiqamətdə gedirdi, lakin Trampın hakimiyyətə ikinci gəlişi Qərbin parçalanmasını başgicəlləndirici şəkildə sürətləndirdi. Ekspertlər yekdilliklə proqnozlaşdırırlar ki, əgər Tramp bu siyasətini davam etdirib,avropalı müttəfiqlərindən bir mənalı şəkildə üz döndərərsə və Putinə şərq torpaqlarını idarə etmək etiketini verərsə, o zaman “Amerika dünyası” tamamilə dağılacaq. Və bu nə Avropa, nə də Amerikanın özü üçün yaxşı olmayacaq. Onların ittifaqı onilliklər ərzində Birləşmiş Ştatların dünyanın aparıcı gücü olmasına yardımçı olub.Lakin görünür Tramp “Amerikanın böyüklüyü” naminə bütün bunları məhv etməkdən çəkinmir
Surxay Əliyev