Almaniyanın xarici işlər naziri Annalena Berbok ABŞ prezidenti Donald Trampın Vladimir Zelenski ilə bağlı açıqlamalarına görə, Vaşinqtonla əlaqələri kəsməklə hədələyib: “Biz amerikalılara təzyiqi artıracağıq ki, onlar Avropanın liberal demokratiyalarını dəstəkləməyi dayandırsalar, hansı ki,bundan itirən tərəf ən çox onlar olacaq”, - deyə Berbok bildirib. O, həmçinin qeyd edib ki, Almaniya bir daha “Zeitenwende” (dövr dəyişikliyi, dönüş nöqtəsi) siyasətini tətbiq etməlidir, lakin bu dəfə ABŞ-a münasibətdə... Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, heç kimin “müharibə və sülh haqqında ukraynalılardan və ya bizdən, avropalılardan yan keçən qərarlar qəbul etmək hüququ yoxdur,– və bu, Almaniyanın aydın mövqeyidir”. Daha əvvəl Berbok Vladimir Putinlə Donald Trampın söhbətindən sonra Avropa İttifaqı və Ukraynanı unutmamağa çağırıb və vurğulayıb ki, sülhə yalnız "birlikdə" nail olmaq olar. Surxay Əliyev