Qazaxıstanda yeni trend yaranıb. Qardaş ölkənin Atırau vilayətinin 7 rayonunda 54 kəndin sakinləri spirtli içkidən imtina edib. “Kazinform” agentliyinin xəbərində deyilir ki, İnder rayonunun Kurılıs kəndinin sakinləri 5 il əvvəl alkoqoldan imtina edib. Nəticədə son bir il ərzində kənddə heç bir cinayət hadisəsi qeydə alınmayıb.
Kızılkogin rayonu spirtli içkidən imtina edən rayonlar arasında liderdir. Burada 17 kəndin sakinləri alkoqoldan istifadə etmir. Rusiya ilə sərhəddə yerləşən Kurmanqazin rayonunun 16 kəndinin sakinləri “yaşıl ilan”dan imtina edib. Maxambet rayonunda 7, İsatayda 6, İnderdə 4, Jılıoyda 3, Makatda isə 1 kəndin sakinləri spirtli içki qəbul etmir.
Mətləb