ABŞ administrasiyası Ukrayna ilə mineral ehtiyatlar üzrə saziş bağlamaq fikrindən əl çəkməyib, indi də sənədin konkret rəqəmləri qeyd etməyən, yalnız tərəflərin əməkdaşlıq niyyətlərini ifadə edən “sadələşdirilmiş” variantını imzalamaq imkanını nəzərdən keçirir. Bu barədə Reuters-ə mənbələri məlumat verib. Keçən həftə Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın təklif etdiyi sənədi imzalamaqdan imtina etdi və bir neçə media mənbəsinin məlumatına görə, bu sazişə görə,Ukrayna titan, litium, nadir torpaq metalları və uran da daxil olmaqla,ölkədə hasil edilən sənaye əhəmiyyətli ehtiyatların hasilatından əldə edilən gəlirin 50%-nə nəzarəti ABŞ-a verəcəkdi.
Zelenskinin jurnalistlərə verdiyi məlumata görə, ABŞ-ın maliyyə nazirinin ona təklif etdiyi layihəni Ukrayna üçün əlverişsiz hesab edib və digər məsələlərlə yanaşı, orada ölkənin təhlükəsizliyinin təminatlarına dair müddəanın olmadığını qeyd edib. Eyni zamanda, Zelenski prinsipial olaraq razılaşmanın mümkünlüyünü də rədd etməyib. O, daha əvvəl payızda təklif etdiyi qələbə planında ABŞ-a təbii sərvətlərin çıxarılmasında əməkdaşlıq təklif etmişdi. Reuters mənbələri deyirlər ki, Zelenski hələ də faydalı qazıntılar haqqında saziş imzalamağa hazırdır, lakin bu saziş, “yırtıcı” olmamalıdır. Əliyev Surxay