Böyük Britaniyanın müdafiə naziri Con Healey ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Vladimir Zelenskini seçki keçirməkdən imtina etdiyinə görə onu diktator adlandırmasına etiraz edib. " Sky News xəbər verir ki, o, bunu Norveçə səfəri zamanı deyib. Donald Trampın Vladimir Zelenskini “diktator” adlandıran və seçkilərə çağıran şərhləri ilə bağlı suala Healey deyib ki, o, “Ukrayna prezidentinin ölkəsinə bağlılığını” görüb. “Zelenski vətəninə sadiq olan, ölkəsinə rəhbərlik edən və indi də rəhbərlik etməkdə davam edən bir insandır”, - deyə o əlavə edib. "O, Ukraynanın seçilmiş lideridir və Zelenski Uinston Çörçilin Böyük Britaniyada İkinci Dünya Müharibəsi zamanı etdiklərini etdi - müharibə zamanı seçkiləri dayandırdı", - deyə britaniyalı nazir bildirib. "Bizim vəzifəmiz isə ukraynalıların yanında olmaq, ukraynalıları dəstəkləmək, onların mübarizəsində onlara dəstək olmaqdır. Əgər onlar danışmaq qərarına gəlsələr, danışıqlarda onlara dəstək olaq", - deyə o,qeyd edib.
Surxay Əliyev