Yazıçı Stiven Kinq Tramp və Maskın son açıqlamalarından narazı qalıb. Amerikalı yazıçı Stiven Kinq prezident Donald Trampı və iş adamı İlon Maskı “Putinə pərəstiş edən” satqınlar hesab etdiyini bildirib. O,bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb. Yazıçı ABŞ prezidenti Donald Trampın “Putini pərəstiş edən” xain olduğunu bildirib və əlavə edib ki, bu, “İlonu iki dəfə çox narahat edir”. Sosial şəbəkə istifadəçiləri yazıçının paylaşımlarını aktiv şəkildə şərh edir, bəziləri onu dəstəkləyib, bəziləri isə onun sərt tonunu bəyənməyib. Surxay Əliyev