Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin katibi, deputat Roman Kostenko ABŞ-ın Ukraynaya silah satışını dayandırdığını deyib. Kostenko yerli mətbuata açıqlamasında deyib ki,"Maliyyə ilə köməklik etmək bir şeydir, amma biz silah alırıq. Məndə olan məlumata görə, hətta satışda olanlar da dayanıb. Hətta sabah bura köçürməyə hazır olan şirkətlər də indi gözləyirlər. Çünki həlli yoxdur", - deyə Kostenko bildirib. "Və hamı gözləyir ki, heç olmasa pulla burada silah tədarükünə icazə verilsin.Ümid edək ki, bizə heç olmasa pul müqabilində silah verəcəklər", - deyə Kostenko əlavə edib.
Deputat qeyd edib ki, Qərb ölkələri, o cümlədən Almaniya, Fransa və İngiltərə Kiyevin bu silahları dünyanın hər yerindən ala bilməsi üçün külli miqdarda pul ayırıb. Ukraynalı jurnalist Bohdan Miroşnikov deputatın açıqlamasına münasibət bildirib və bunun dəqiqləşdirməyə ehtiyacı olduğunu bildirib. "Burada vacib olan dəqiq nəyin nəzərdə tutulduğudur. Və məlumatın reallığa uyğun olub-olmamasıdır. Çünki Baydenin paketlərinə görə silahlar bizə satılmayıb, ötürülüb. Əgər birbaşa satışa icazənin olmadığı nəzərdə tutulursa, bu, bir qədər fərqli məsələdir", - deyə Miroşnikov qeyd edib Surxay Əliyev