Son baş verən hadisələrin mahiyyətiylə tanış olan mənbə Bloomberg-ə bildirib ki,hətta Kreml özü belə ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Vladimir Zelenski haqda açıqlamalarının belə sərt tonda olacağını gözləmirdi. Agentliyin mənbəsinin sözlərinə görə, Trampın bəyanatları Rusiya-Ukrayna müharibəsi ilə bağlı öz baxışını ABŞ-a sırımağa çalışan Moskvanın “bütün gözləntilərini artıqlamasıyla doğruldub”. Mənbə qeyd edib ki, Rusiya rəsmiləri Trampın danışıqlar strategiyasını hələ də tam başa düşmürlər və həmçinin bu prosesdə mümkün tələlərdən və gözlənilməz dönüşlərdən ehtiyat edirlər. Bununla belə, Bloombergin mənbəsi hesab edir ki, onlar bu vəziyyətdən müharibəni bitirmək üçün istənilən sövdələşmədən Rusiyaya maksimum fayda əldə etmək üçün istifadə etməlidirlər.
Surxay Əliyev