“Financial Times” öz mənbələrə istinadən yazır ki, ABŞ Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin ildönümü ilə bağlı G7-nin bəyanatında Rusiyaya münasibətdə “təcavüzkar” ifadəsinin işlədilməsinə qarşıdır. Nəşrin yazdığına görə, ABŞ-ın G7-dəki nümayəndələri öz kommunikelərində ardıcıl olaraq istifadə etdikləri “Rusiyanın təcavüzü” ifadəsinə və oxşar ifadələrə etiraz ediblər. Belə ki, işğalın ikinci ildönümü ilə bağlı bəyanatda belə ifadələr beş dəfə dinlənilib “Financial Times”-ın mənbələri bildirirlər ki, digər ölkələr hələ də ABŞ-la mətni razılaşdırmağa ümid edirlər. Və onlar qeyd edirlər ki, Ağ Evin ifadəni yumşaltmaqda israrlı olması Vaşinqton siyasətində ümumi dəyişikliyi əks etdirir və bu siyasət faktiki müharibəni “Ukrayna münaqişəsi” adlandırır. Fevralın 20-də Reuters xəbər verib ki, Birləşmiş Ştatlar işğalın ildönümü ilə bağlı BMT-nin qətnaməsinə birgə sponsorluq etməkdən belə imtina edir. Hansı ki,qətnamə layihəsində Rusiyanın təcavüzü pislənir və Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edilir. Əvvəlki illərdə ABŞ həmişə belə sənədlərin həmmüəllifi olub.
Surxay