ABŞ prezidenti Donald Tramp Nyu-Yorkun Manhetten tıxacının ləğvindən sonra sosial mediada özünü “kral” adlandırıb. “The Guardian” yazır ki, buna cavab olaraq ABŞ rəsmiləri və siyasətçiləri onu tənqid ediblər. Məlum olduğu kimi fevralın 19-da Tramp sosial şəbəkələrdə Manhettendə ödənişlərin ləğv edildiyini elan edərək “Yaşasın Kral!” sözlərini əlavə edib. Eyni zamanda “Time” jurnalının üz qabığında Trampın tac taxdığı şəkli ortaya çıxıb. Eyni yazı Ağ Evin X şəbəkəsindəki rəsmi səhifəsində də dərc edilib. "Tıxac öldü. Manhetten və bütün Nyu York xilas oldu. Yaşasın Kral!".Nyu-York qubernatoru Keti Qokul isə Trampın sözlərinə cavab olaraq ABŞ-ın “monarxiya deyil, qanunlar dövləti” olduğunu, Trampın isə kral olmadığını vurğulayıb. Qubernator hətta Trampı məhkəməyə verməklə hədələyib.
Surxay Əliyev