Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla bu gün Cənubi Afrika Respublikasında keçiriləcək G20 Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində görüşəcək. Bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib. Məlumatda deyilir ki, Hakan Fidan G20 Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində fevralın 20-də keçiriləcək 27-ci MİKTA (Meksika, İndoneziya, Cənubi Koreya, Türkiyə, Avstraliya) toplantısında iştirak edəcək. Nazirin bu günə ikitərəfli görüşləri nəzərdə tutulub. Bunlar arasında Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilə görüşlər də var.
Mətləb