Almaniyanı yenə etiraz dalğası bürüyüb. Bu dəfə sürücülər əmək haqlarının azlığı səbəbindən işi dayandırıblar. Belə ki, Berlinin ictimai nəqliyyatın əsas təminatçısı Berlin Nəqliyyat İdarəsi (BVG) ilə ölkənin ən böyük həmkarlar ittifaqı təşkilatlarından olan Verdi arasında davam edən əməkhaqqı danışıqları nəticəsiz qaldığına görə şəhərdə ikigünlük genişmiqyaslı tətil başlayıb. Bu gündən başlayan tətil fevralın 22-də saat 03.00-dək davam edəcək. Tətillə əlaqədar Berlinin avtobus, tramvay və metro sistemlərinin böyük əksəriyyəti fəaliyyətini dayandırıb.
Mətləb