Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqlar başlayıb. Tərəflər Ukraynada müharibəyə son qoymaq perspektivlərini müzakirə etməyi planlaşdırırlar. Bir sıra KİV-lər rus və amerikalı diplomatlar arasında danışıqların başlanması barədə məlumat yayıb. Artıq görüşdən ilk açıqlamalar gəlir. Vaşinqton görüşün sülh danışıqlarının başlanğıcı olmadığını təkid etməklə yanaşı Ağ Ev nümayəndə heyəti danışıqların Rusiyanın müharibəni bitirmək məsələsində nə dərəcədə “ciddi” olub-olmadığını yoxlamaq üçün hazırlandığını qeyd ediblər. Məlum olduğu kimi,Ukrayna prezidenti Vladimir Zelenski isə Kiyevin iştirakı olmadan əldə edilən heç bir razılaşmanı tanımadığını bildirib. Bu açıqlama, Avropa liderlərinin bazar ertəsi Parisdə mümkün sülh danışıqları ilə bağlı fövqəladə toplantıdan sonra baş verib. Rusiya nümayəndə heyətinin üzvü Kirill Dmitriyev artıq Amerika nümayəndə heyətinin üzvləri ilə görüş keçirib. Rusiya mətbuatının məlumatına görə, o, Rusiya ilə ABŞ arasında danışıqlarda irəliləyişin "yaxın 2-3 ay ərzində mümkün olduğunu" bəyan edib. Rusiya mətbuatı isə yazır ki, Rusiya nümayəndə heyətinin üzvləri görüş zamanı bir sıra başqa bəyanatlar da verib, o cümlədən Ukrayna ilə bağlı. Xüsusilə, ruslar ABŞ-ın sanksiyalara görə “Rusiyadan daha çox” itirdiyini, Co Baydenin siyasətinin isə “dollara olan inamı sarsıtdığını” təkid edirlər. Bundan əlavə, Kreml diplomatları Rusiyanı cilovlamaq siyasətinin “uğursuzluğa uğradığını” təkid edirlər.
Surxay Əliyev