Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Fransa "Radio Courtoisie" radiosuna müsahibəsində ABŞ-la münasibətlər barədə danışıb. Gürcüstan dövlətinin rəhbəri Donald Trampın gəlişi ilə münasibətlərin düzələcəyinə ümid etdiyini açıqlayəb. SİTAT: "Ümid edirik ki, ABŞ administrasiyasının Gürcüstana qarşı ədalətsiz mövqeyi dəyişəcək və Donald Trampın gəlişi Avropa İttifaqı (Aİ) -Gürcüstan münasibətlərinə də təsir göstərəcək." O qeyd edib ki, bəzi liberal liderlərin indi Trampın mövqeyinə uyğunlaşmağa çalışması gülünc prosesdir.
Mətləb