Rusiya və ABŞ nümayəndə heyətlərinin Ukraynadakı müharibənin nizamlanmasına dair Səudiyyə Ərəbistanında görüşü çərşənbə axşamı, fevralın 18-də baş tutacaq. “European Pravda” xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrdən məlumat verib.
ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və Yaxın Şərq üzrə xüsusi elçi Stiv Vitkoff daxil olacaq. Rusiya nümayəndə heyətinin tərkibi hələlik məlum deyil. Bununla belə, nəşrin mənbələrinin qeyd etdiyi kimi, görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edəcək. Məlumatda deyilir ki, M. Rubio İsrail səfərindən sonra bazar ertəsi Səudiyyə Ərəbistanına gələcək.
Mətləb Salahov