Ukrayna üzrə ABŞ-Rusiya danışıqlarının Ər-Riyadda fevralın 18-də keçirilməsi planlaşdırılır.Rusiya rəsmi nümayəndə heyəti ilə Ukrayna üzrə danışıqların çərşənbə axşamı Ər-Riyadda keçirilməli olduğu xəbər verilir. Amerika tərəfinə dövlət katibi Marko Rubio, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Valz və ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun daxil olacağı gözlənilir. Bundan əvvəl Bloomberg Rusiya prezidenti Vladimir Putinin Ukrayna məsələsi ilə bağlı ABŞ-la danışıqlarda iştirak edəcək “ağır çəkililər komandası”nın tərkibini açıqlamışdı. Məlumata görə, komandaya ən azı üç nəfər daxil olacaq: Rusiya Federasiyası rəhbərinin köməkçisi Yuri Uşakov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev. Nəşr qeyd edir ki, Kirill Dmitriev “Donald Trampın danışıqlar aparan şəxsləri ilə qeyri-rəsmi əlaqə kanalı kimi əsas rol oynaya bilər”.
Qeyd edək ki, 2017-ci ildə Dmitriev artıq Tramp administrasiyası ilə təmaslarda Vladimir Putinin qeyri-rəsmi nümayəndəsi idi. “Politico”nun məlumatına görə, ABŞ prezidenti Donald Tramp administrasiyasının yüksək vəzifəli şəxsləri Rusiya və Ukrayna arasında sülh danışıqlarına başlamaq üçün Səudiyyə Ərəbistanına səfər ediblər. Surxay Əliyev