Ukrayna hökumətindəki yüksək vəzifəli mənbə BBC-yə bildirib ki, Ukrayna sülh danışığına dəvət olunmayıb və Səudiyyə Ərəbistanında planlaşdırılan sülh danışıqlarına nümayəndə heyəti göndərmir. Rusiya və ABŞ artıq öz nümayəndə heyətlərini Səudiyyə Ərəbistanına göndərdiklərini təsdiqləyiblər. Bundan əvvəl isə Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevin də danışıqlarda iştirak edəcəyini bildirmişdi. Lakin BBC müxbirinin verdiyi məlumata görə, bunun indiki mərhələdə baş verməsi ehtimalı azdır. Surxay Əliyev