İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, ABŞ-dan MK-84 ağır aviabombalarının partiyası İsrailin Aşdod limanına gətirilib və Hərbi Hava Qüvvələrinin bazalarına daşınıb. İsrailin müdafiə naziri İsrael Katz bombaların çatdırılmasını təqdir edib. "Tramp administrasiyası tərəfindən bu axşam İsrailə göndərilən döyüş sursatı İsrail Hərbi Hava Qüvvələri üçün əhəmiyyətli bir sərvətdir və İsrail ilə ABŞ arasında güclü ittifaqın daha bir sübutudur", - bu fikri "The Times of Israel" nazirin sözlərindən sitat gətirir. Bundan əvvəl ABŞ prezidenti Donald Tramp sələfi Co Baydenin İsrailə 2000 funt-sterlinq (təxminən 907 kq) bomba tədarükünə qoyduğu qadağanı ləğv edib. Belə ki,Bayden administrasiyası 2023-cü il oktyabrın 7-də Fələstin yaraqlıları Həmas tərəfindən edilən hücumdan sonra İsrailə minlərlə 2000 funtluq bomba göndərmişdi, lakin daha sonra onların istifadəsi Qəzza zolağında daha çox mülki itkiyə səbəb olacağından ehtiyat edərək daşımaları dayandırmışdı. Surxay Əliyev