Avropa dövlətlərinin Rusiya əleyhinə aqressiyaları son bir ay ərzində daha dramatik hal alıb. Bu dəfə Fransa Rusiya əleyhinə bəyanatla çıxış edib. Fransa xarici işlər naziri Jan-Noel Barro Rusiyanın G7-yə qayıtması və formatın "Böyük səkkizliyə" çevrilməsi imkanını rədd edib. LCI telekanalına açıqlama verən Fransa XİN rəhbəri bəyan edib ki, "Bu gün bu, ağlasığmazdır".
Eyni zamanda nazir qeyd edib ki, əgər Ukraynada ədalətli sülh əldə olunarsa, Rusiyanın bu formata qayıtması imkanını istisna etmək olmaz.
Mətləb Salahov