Avropa və ABŞ arasında Ukrayna məsələsində ziddiyətlər getdikcə böyüyür. Bu dəfə Almaniya da ABŞ Prezidenti Donald Trampın Ukrayna siyasətinə qarşı çıxdığını bəyan edib.
Seçki debatları zamanı Almaniya Kansleri Olaf Şolts Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlara Avropa İttifaqının cəlb edilməsinin vacibliyini bəyan edib və əlavə edib ki, " Avropa heç kimə Ukraynanın demilitarizasiyası ilə bağlı razılığa gəlməyə imkan verməyəcək." O.Şolts Ukrayna ilə bağlı ABŞ-Rusiya müqaviləsinin bağlanması ehtimalına qarşı çıxıb. SİTAT: "Biz avropalılar buna imkan verməyəcəyik".
Mətləb Salahov