Trampın sələfi Bayden administrasiyasının silah ixracı qadağasını ləğv etməsindən sonra ABŞ İsrailə MK-84 bombası göndərib.
ABŞ "qiyamət bombası" kimi tanınan MK-84, təxminən bir ton ağırlığında və geniş partlayış effekti yaradaraq qalın beton və metala nüfuz edə bilən idarə olunmayan bombadır.
Bayden administrasiyası bu bombaların Qəzza zolağının sıx məskunlaşdığı ərazilərə təsirindən narahat olduğu üçün İsrailə ixracına icazə verməmişdi.
Sözügedən bombaların ixracı keçən ay Qəzzada razılaşdırılmış kövrək atəşkəsin qüvvədə olub-olmayacağı ilə bağlı artan narahatlıqlar fonunda həyata keçirilir. Tərəflər qarşılıqlı olaraq Qəzzada saxlanılan girovların fələstinli məhbuslar və İsrail həbsxanalarında saxlanılan məhbuslarla mübadiləsinə icazə verilməsi üçün atəşkəs razılaşmasının pozulduğunu iddia ediblər.
Trampın Yaxın Şərqdəki xüsusi nümayəndəsi Stiv Vitkoff ən güclü, partlayış gücü nüvə silahına bərabər olan sistemlərindən birini İsrailə təhvil verəcəklərini açıqlayıb. Vitkoffun sözlərinə görə, Pentaqon İsrailə dərin yeraltı bunkerləri məhv edə bilən 11 tonluq nəhəng bombalar göndərəcək.
TAHİR