ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq deyib ki, Avropa Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda fiziki olaraq iştirak etməyə bilər, lakin onun maraqları nəzərə alınacaq.
Münhen Təhlükəsizlik Konfransında danışan Kelloq ABŞ-ın müzakirələrdə ikitərəfli danışıqlara üstünlük verdiyini və hazırda Rusiya, Ukrayna və müttəfiq ölkələrlə ayrı-ayrılıqda məşğul olduğunu bildirib.
Ukrayna ilə təmasları özünün, Rusiya ilə danışıqları isə Trampın digər xüsusi nümayəndəsi Stiv Vitkoffun apardığını deyən Kelloq, prosesi sürətləndirmək istədiklərini və sülh planının bir neçə gün və ya həftə ərzində tamamlanacağını bildirib.
TAHİR