Münhen Təhlükəsizlik Konfransı zamanı Ukrayna lideri Vladimir Zelenskiyə ana dilində danışmağa icazə verilməyib. Tədbirin moderatoru ilə söhbət zamanı o, Ukrayna dilində ünsiyyət qurmağın mümkün olub-olmadığını soruşub, lakin mənfi cavab alıb.
Bunun ardınca həm Zelenskinin özünün, həm də iclasın digər iştirakçılarının gülüşləri səslənib. Daha sonra Ukrayna prezidenti zarafatla ona təzyiq etməməyi xahiş edib. Bundan əvvəl Zelenski bildirmişdi ki, Ukrayna münaqişənin həlli ilə bağlı danışıqlar yalnız Kiyevin iştirakı ilə aparılmalıdır. Ancaq Almaniyada belə düşünmürlər. Belə ki,Almaniya kansleri Olaf Şolz bəyan edib ki, ABŞ və Rusiya Ukrayna ilə bağlı Kiyevsiz razılığa gələ bilərlər. Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bəyan edib ki, Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında gözlənilən danışıqlar Vladimir Zelenskini və onunla birlikdə Avropanın ayrı-ayrı nümayəndələrini çox qorxudur.Və bu fikir qan tökülməsinə ümid edənlərə aiddir.
Surxay Əliyev