Münhen Təhlükəsizlik Konfransında çıxış edən ABŞ-ın vitse-prezidenti Vens bəyan edib ki, Avropa üçün real təhlükə Rusiya və ya Çindən deyil, qitənin özündən gəlir.
"Avropa ilə bağlı məni ən çox narahat edən təhlükə nə Rusiya, nə də Çindir. Ən böyük təhlükə Avropanın öz əsas dəyərlərindən uzaqlaşmasıdır", - deyə Vans bildirib. Nümunə kimi o, Rumıniyada Rusiyanın guya müdaxiləsi səbəbindən seçkilərin ləğvini göstərib.
O, həmçinin Avropadakı senzura siyasətlərini və immiqrasiya siyasətlərini tənqid edib: “Bu gün Avropaya baxanda Soyuq Müharibənin bəzi qaliblərinin başına nə gəldiyini anlaya bilmirəm”.
TAHİR