Ukrayna prezidenti Zelenski Rusiya prezidenti Putinlə görüşmək üçün şərtlərini açıqlayıb. Danışıqlarla bağlı Putinə güvənmədiyini qeyd edən Zelenski bildirib ki, belə danışıqlar baş verərsə, Ukrayna Qərb müttəfiqləri ilə birgə həll planı təqdim etməlidir.
Zelenski əvvəllər Rusiya ilə məhbus mübadiləsini müzakirə etdiklərini, lakin Rusiyanın verdiyi vəddən döndüyünü iddia edib.
Müharibəyə son qoymaq üçün əvvəlcə ABŞ və Avropa ilə birgə həll planı üzərində işləməli olduqlarına diqqət çəkən Zelenski, yalnız bundan sonra Putinlə masa arxasına oturacağını bildirib. Zelenski həmçinin Rusiya tərəfdən yalnız Putinlə görüşə biləcəyini deyib: "O zaman Putinlə oturub müharibəni dayandıracağıq. Mən yalnız bu şərtlə görüşməyə hazıram, başqa heç bir kompromis şərtlə görüşməyə hazır deyiləm".
Zelenski deyib ki, ABŞ müharibənin sona çatması prosesində vasitəçilik etməkdənsə, Ukraynanın yanında olmalıdır. Hələlik sülh planını müzakirə etmədikləri üçün bu planın Münhendə imzalanmayacağına deyən Zelenski bildirib ki, əvvəlcə bu mövzuda Trampla işləmək lazımdır.
TAHİR