Pakistanın Bəlucistan əyalətində partlayış olub. Terrorçular kömür mədənçilərini daşıyan avtomobilə bomba qoyublar, nəticədə azı 11 nəfər ölüb, 6 nəfər isə yaralanıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər hadisə yerinə gələrək ərazini mühasirəyə alıb, yaralananları xəstəxanaya çatdırıblar. Xilasedicilərin bildirdiyinə görə, çox sayda yaralının vəziyyəti ağırdır. Hadisə ilə bağlı araşdırmalar aparılır.
Mətləb