NATO-nun baş katibi Mark Rutte alyansın müdafiə nazirlərinin Brüsseldə keçirilən iclasından sonra keçirilən mətbuat konfransında şok Rusiya açıqlaması ilə gündəmə gəlib. Alyans rəhbəri bildirib ki, Rusiya Prezidenti Vladimir Putin güclü danışıqlar aparan şəxsdir və Ukrayna üzrə sülh razılaşmasına nail olmaq üçün lazımdır. SİTAT: "2010-2014-cü illərdə əvvəlki vəzifəmdə onunla çoxlu görüşlər keçirmişəm. O, güclü danışıqlar aparan şəxsdir. Əgər sülh sazişi istəyiriksə, ona ehtiyacımız var", - deyə o bildirib. Avropa mediası isə bu açıqlamanı təəcüblə qarşılayıb. Aparıcı Avropa mediası NATO rəhbərinin bu açıqlamasını ABŞ prezidenti Donald Trampın V.Putinlə danışıqlar apardığı bir vaxta təsadüf etdiyinə də diqqət çəkib.
Mətləb Salahov