Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası (SNBO) Rusiyada terrorçu və ekstremistlər siyahısına daxil edilmiş keçmiş prezident Pyotr Poroşenkoya qarşı sanksiyalar tətbiq edib.
“Forbes” jurnalı iki mənbəyə istinadən yazıb ki, Poroşenkoya qarşı ittihamlar “dövlətə xəyanət” maddəsi ilə bağlı ola bilər.
Poroşenko SNBO-nun ona qarşı sanksiyalar hazırladığını bildiyini və bunu təxribat hesab etdiyini bildirib. O, şuranın qərarının konstitusiyaya zidd olduğunu deyib və siyasi motivli adlandırıb.
Keçmiş prezident bu qərarın arxasında Ukrayna prezidenti Zelenskinin olduğunu iddia edib. Çünki iki gün əvvəl Zelenski SNBO-nun ölkənin milli təhlükəsizliyini təhdid edən şəxslərə qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb, lakin onların adlarını çəkməyib.
Bu hadisələrdən sonra Poroşenkonun tərəfdarları Ukrayna parlamentinin (Ali Rada) tribunasını zəbt edərək etiraz aksiyası keçiriblər. Strana.ua xəbər verir ki, deputatlar əllərində “Ukrayna Rusiya deyil”, “Siyasi repressiyaya yox”, “Diktatora yox” yazılmış plakatlar qaldırıb və “Ayıb olsun” kimi şüarlar səsləndiriblər. Etirazlara görə parlamentin iclası yarımçıq dayandırılıb.
TAHİR