Ukraynada müharibə başlayandan bəri ABŞ və Rusiya arasında ilk təmas qurulub. Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff şəxsi təyyarəsi ilə Moskvaya uçub və ABŞ və Rusiya arasında gizli razılaşma əldə edilib. Bu təmas əvvəlcə Kreml tərəfindən təkzib edilsə də, sonradan təsdiqlənib.
Rusiyada 4 ildir həbsdə olan amerikalı müəllim Mark Fogel gizli razılaşma sayəsində sərbəst buraxılıb. Trampın səfiri Vitkoff tərəfindən aparılan danışıqlar nəticəsində sərbəst buraxılan Fogel ölkəsinə qayıtdıqdan sonra Ağ Evdə Tramp tərəfindən qarşılanıb.
Gizli razılaşma yalnız Vitkoff Rusiya hava məkanını tərk etdikdən sonra elan edilib. Rusiyanın Fogelin azad etməsi müqabilində ABŞ-ın nə təklif etdiyi isə açıqlanmayıb.
ABŞ Milli Təhlükəsizlik müşaviri Mayk Valts bildirib ki, prezident Tramp, Vitkoff və onların müşavirləri Rusiyanın xoş niyyətini nümayiş etdirən və Ukraynadakı amansız müharibəni sona çatdırmaq yolunda olduğumuzu sübut edən mübadilə sazişi üzrə danışıqlar aparıblar.
Tramp isə sosial mediada verdiyi açıqlamada, maliyyə naziri Skott Bessenti Ukraynaya göndərəcəyini, burada ABŞ-ın Ukraynanın təbii sərvətlərinə çıxışı və müharibəni bitirməsi ilə bağlı müzakirələr aparacağını bildirib.
TAHİR