Rusiya 2021-ci ilin avqustunda Şeremetyevo aeroportunda narkotik vasitələrin qaçaqmalçılığı və saxlanması ittihamı ilə 14 il həbs cəzası almış ABŞ vətəndaşı olan keçmiş müəllim Mark Foqeli sərbəst buraxıb.
ABŞ Prezidenti Donald Tramp Mark Foqelin azadlığa buraxılmasına reaksiya verib. Ağ evin başçısı ümidvar olduğunu bildirib ki, bu hadisə Ukraynada münaqişəyə son qoyulması prosesinin “çox mühüm hissəsi” olacaq. Tramp yaxın vaxtlarda daha bir amerikalının sərbəst buraxılacağına işarə edib.
Mətləb Salahov