İordaniya kralı II Abdullah ABŞ prezidenti Donald Trampın Qəzzanı işğal etmək planını dəstəkləyib.
Qeyd edək ki, yanvarın 20-də vəzifəsinin icrasına başlayan ABŞ prezidenti Tramp qəzalıların sürgün ediləcəyini deyib və fələstinlilərin Misir və İordaniyaya getməli olduğunu bildirib. Trampın bu açıqlaması dünyada böyük təpkilərə səbəb olub.
Ağ Evdə Trampla görüşən Kralı Abdullah isə Trampın bütün fələstinliləri sürgün etməyi və Qəzzanı lüks bir kurorta çevirməyi hədəfləyən planını dəstəkləyəcəklərini bəyan edib.
2000 xəstə fələstinli uşağın ölkəyə qəbul ediləcəyini deyən Kral Abdullah daha sonra bildirib: "Bölgədə sülhə nail olmaq üçün bir yolun olduğuna inanırıq. Ona görə də Trampın bölgədə sülh planını dəstəkləyəcəyəm".
Tramp isə ABŞ-ın Qəzza zolağına nəzarət edəcəyini bir daha təkrarlayıb və bildirib ki, Yaxın Şərqdə ilk dəfə olaraq sabitlik yarana bilər. O, iddia edib ki fələstinlilər və ya hazırda Qəzzada yaşayan insanlar başqa yerdə yaxşı yaşayacaqlar.
Misir və İordaniyadan müəyyən qədər torpaq alıb fələstinliləri oraya yerləşdirəcəklərini bildirən Tramp deyib ki, “fələstinlilər Qəzza zolağında olmaq istəmirlər, lakin onların başqa seçimləri də yoxdur”.
TAHİR