Avropa Birliyi ABŞ-ın Avropadan ixrac etdiyi polad və alüminium məhsullarına rüsumlar tətbiq etməsindən təəssüflənir və buna sərt tədbirlərlə cavab verəcək. Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.
“Mən ABŞ-ın Avropadan polad və alüminium ixracına tariflər tətbiq etmək qərarından təəssüflənirəm və bildirirəm ki, Aİ-yə qarşı tətbiq edilən əsassız tariflər cavabsız qalmayacaq və buna sərt şəkildə çavab veriləcək.Tariflər vergilərdir, biznes üçün pisdir, istehlakçılar üçün daha pisdir. Ona görə də Aİ öz iqtisadi müdafiəsi üçün hərəkətə keçəcək” – deyə Von der Leyen qeyd edib
Surxay ƏLİYEV