Fevralın 11-də Hindistanda işgüzar səfərdə olan Ermənistanın müdafiə naziri Suren Papikyan “Aero India” sərgisi çərçivəsində keçirilən “Beynəlxalq Müdafiə və Qlobal Münaqişə vasitəsilə davamlılığın artırılması” mövzusunda müdafiə nazirlərinin konklavında çıxış edərək Hindistan tərəfinə təşəkkür edib.
Papikyan qeyd edib ki, Ermənistan və Hindistanın birgə səyləri təkcə ölkələrin müdafiə qabiliyyətinin artırılmasına deyil, həm də beynəlxalq və regional təhlükəsizliyin, sülh və sabitliyin təmin edilməsinə yönəlib.
Surxay ƏLİYEV