Cümə günü, 13 noyabr 2026
     

48 min nikah, cəmi 105 nikah müqaviləsi – nonsens…

Image


Evlilikdən öncə yada düşülməli olan məqamlara, nədənsə, vaxtında önəm verilmir. "Biz boşanmaq üçün evlənmirik" prinsipilə cütlüklər toydan öncə nikah müqaviləsinə əhəmiyyət vermirlər. Tərəflərdən hansısa nikah müqaviləsi bağlamağı təklif olaraq irəli sürsə, qarşı tərəf  "sən mənimlə boşanmaq üçün evlənirsən?" kimi suallar verir. Bu kimi problemlərdən dolayı da nikah müqaviləsini tələb etmək istəyənlər qarşı tərəfin reaksiyasından çəkindikləri üçün bununla bağlı heç bir tələb irəli sürmürlər.

Evlilikdən öncə ancaq xoşbəxtlik haqda fikirləşən cütlüklərin düşüncələri heç də həmişə real olmur. Çünki boşanmaların statistikası hər il acınacaqlı faktlar ortaya qoyur. Nikah müqaviləsi isə boşanma vaxtı yada düşür. Çünki hər şey qanun səviyyəsində olanda tərəflər bir-biri qarşısındakı öhdəlikləri ilə bağlı süründürməçiliklə üzləşmirlər. Azərbaycanda nikah müqavilələri ilə bağlı statistik rəqəmlər heç bir halda qaneedici hesab oluna bilməz.

Qeyd etdiyimiz kimi, boşanmaların sayı günü-gündən artır. Açıqlanan statistik rəqəmlərə əsasən, bu ilin 9 ayı ərzində 47.137 nikah, 13 minə yaxın boşanma qeydə alınıb. Boşanmaların sürətlə artdığı ərəfədə qeydə alınan nikah müqavilələrinin sayı isə 105-dir. Cari il ərzində 48 minə yaxın nikah qeydə alındığı halda, cəmi 105 nikah müqaviləsi bağlanıb.

Boşanmaların sürətlə artdığı bir dövrdə nikah müqaviləsini bağlamaq hələ də xoş qarşılanmır. Məsələn, oğlan evi bunu ayıb, qız evi bədniyyətlilik kimi qəbul edir. Ancaq tərəflər boşansa, əmlak bölgüsü zamanı bir sıra problemlər ortaya çıxır. Nikah müqaviləsi olmadığı üçün, boşanma zamanı əmlak bölgüsü üstündə az qala düşmənə çevrilirlər.

Azərbaycanda da ildən-ilə boşanma hallarının çoxaldığını nəzərə alsaq, bunun nə dərəcədə əhəmiyyətli olduğu üzə çıxır. Nikah müqavilələri tərəflərin razılığı ilə istənilən dövrdə dəyişdirilə, yaxud ləğv edilə bilər və bu razılıq yazılı formada olmalıdır. Nikah müqaviləsinə xitam verildiyi halda, ər-arvadın müqavilədə nəzərdə tutulan hüquq və vəzifələrinə də xitam verilir.

  • Aytəkin Kamranqızı: “Cəmiyyətdə gedən proseslər nikah müqavilələrinə ehtiyacı günü-gündən artırır”

Sosioloq Aytəkin Kamranqızı bizimlə söhbətində qeyd etdi ki, cəmiyyətdə gedən proseslər nikah müqavilələrinə ehtiyacı günü-gündən artırır: "Əvvəllər adət-ənənə elə şəkildə qurulmuşdu ki, insanların bir-birinə bu məsələlərdə etibarı böyük idi. Ona görə ailələrin dağılması statistikası da aşağı idi. İndi həm insanların bir-birinə etibarı azalıb, həm də bəzən ailələr müəyyən qarşılıqlı hörmət, sevgi əsasında deyil, sosial, maddi faktorlar üzərində qurulur. Statistikaya baxdıqda ailələrin tez-tez dağıldığını görürük. Ona görə də müqavilələrə ehtiyac çoxalır. Nikah müqaviləsi ilə evlənən şəxslər öz üzərlərinə müəyyən öhdəlik götürmüş olurlar. Hər iki tərəfin müəyyən qədər məsuliyyət götürməsi məsələsi ailə qurmağa daha ciddi yanaşmağa təsir edəcək. Çünki insanlar arasındakı münasibətlərdə maddiyyat güclü olduğu üçün, bu müqavilələrin özü də bu istiqamətdə insanlara təsir edir. İnsanlar ailə quranda, eyni zamanda, başa düşürlər ki, onlardan mənəvi amillərlə bərabər, maddi tələb də var. Ailə qurmağa qərar verəndə daha dərindən düşünməli olurlar. O biri tərəfdən, ailə dağılanda da əmlak problemlərinin həlli istiqamətində bu müqavilə həlledici rola malikdir".

  • Könül Vaqifqızı: “Nikah müqaviləsinin bağlanması çox vaxt kişilərə sərf edir, qadınlar isə…”

Psixoloq Könül Vaqifqızının sözlərinə görə, nikah müqavilələrinin bağlanmamasında xanımların payı böyükdür: “Bu müqavilənin olmamasından daha çox əziyyət çəkən xanımlar olsa da, evlilikdən öncə onlar bu müqaviləni tələb etməyə utanırlar. Buna adi bir sənəd kimi yanaşsalar, çəkinmədən müqavilə bağlamaq istəklərini də qarşı tərəfə deyə bilərlər. İslam dinində mehriyyə deyilən bir şey var. Nikahdan öncə xanıma nə veriləcəyi ilə bağlı bir kağızdır. Bizdə xanımlar müqavilə ilə nəsə tələb etməyi özlərinə ayıb hesab edirlər. Bunu həm islamın, həm də dövlətin bir qanunu hesab etmək lazımdır. Problem budur ki, maariflənmə yoxdur. Maariflənmə olsa, insanlar buna normal yanaşsa, müqavilələrin bağlanması da adiləşər.

Nikah müqaviləsinin bağlanması çox vaxt kişilərə sərf edir. Qadınlar isə düşünürlər ki, belə bir müqavilə tələb etsələr, qarşı tərəflə münasibətləri pozula bilər. Amma qadın öz hüquqlarını bilməlidir. Buna ayıb yox, qanun kimi yanaşmaq lazımdır. Bəzən kişilər bu məsələlərə görə qadınlarla münasibətləri poza bilirlər. Nikah müqaviləsində də qarşı tərəfin maddi durumuna fikir vermək lazımdır. Bir-birindən real olmayan nələrisə müqavilə ilə tələb etdikdə bu, münasibətləri korlaya bilər. Qanunları bilən, dindən məlumatı olan, müəyyən kitablar oxuyan hər bir şəxs bu müqaviləni normal qəbul edəcək".

  • Fatimə Hacıbəyli: “Bu gün nikah müqaviləsi bağlayanların böyük əksəriyyəti əcnəbilərlə ailə quranlardır”

“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli qeyd etdi ki, bu gün nikah müqaviləsi bağlayanların böyük əksəriyyəti əcnəbilərlə ailə quranlardır: “Əsasən əcnəbilərlə nikaha daxil olanlar nikah müqaviləsi bağlayırlar. Demək olar ki, yerli vətəndaşlar arasında nikah müqaviləsi bağlanmır. Bu stereotiplər hələ də Azərbaycan ailəsində qırılmayıb. Məhz bunun nəticəsidir ki, bu gün boşanan ailələr arasında əmlak davası açılır. Qarşı tərəf əmlakını bölüşdürməkdən imtina etdiyi üçün, qadın heç nəsiz küçəyə atılır. Nikah müqaviləsinin bağlanmamasının yaratdığı problemləri boşanan ailələr yaşayırlar. Boşandıqdan sonra cütlüklər arasında kifayət qədər əmlak davası açılıb. Şəxslər nikah müqaviləsi bağlayarkən müəyyən edirlər ki, boşandıqdan sonra əmlak necə bölüşdürüləcək. Bu müqavilənin şərtləri vətəndaşların özləri tərəfindən müəyyənləşdirilir”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 20:16
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi – indi də Minsk onun məxfi sənədlərə çıxışını əngəlləmək istəyir

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ