Cümə günü, 13 noyabr 2026
     

Azərbaycanda geoturizm problemləri...

Image


Bütün dünyada populyar olan geoturizm Azərbaycanda hələ formalaşmayıb. Geoturizm üçün əlverişli ölkələrdən biri olan Azərbaycanda bu sahənin inkişafına ciddi ehtiyac var.

Məlum olduğu kimi, Azərbaycanın zəngin relyefi, palçıq vulkanları, digər bu tip təbii resursları imkan verir ki, turizmin bu istiqaməti inkişaf etsin. Coğrafiya üzrə mütəxəssislərin verdiyi məlumata görə, ölkəmizdə geoturizm xəritəsinin hazırlanması zəruri bir məsələyə çevrilib. Bu istiqamətdə xəritələrin tərtibi geoturizm məqsədilə təbiət abidələrinin öyrənilməsinə böyük imkan yaradacaq. Ölkə ərazisində mövcud olan zəngin geoturizm obyektlərinin əhəmiyyətli dərəcədə inkişaf etdirilməsi saysız turistin gəlməsini reallaşdıracaq.

Uzun müddətdir respublikamızın ayrı-ayrı yerlərində geoparkların yaradılması da gündəmdədir. Geoparklar beynəlxalq təyinatlı müxtəlif və ya eyni cür geoloji miras nümunələrinin bir yerdə toplanmasının, idarə olunmasının nəzərdə tutulduğu xüsusi mühafizə olunan təbiət sahəsidır.

Onu da vurğulayaq ki, geoparklar vulkan, sunami və zəlzələ kimi geoloji təhlükələrlə bağlı fəlakətlərə hazırlığın görüldüyü geoloji elmi məkandır. Həmçinin, iqlim dəyişikliyi məlumatlarının saxlandığı yerlərdir. Geoparklar geoloji və təbii gözəlliklərin qorunub saxlandığı və onların gələcək nəsillərə ötürüldüyü, bu sahələrə edilən geoturizm marşrutları ilə Yer kürəsinin keçmişinin öyrənildiyi ərazilərdir.

Onu da qeyd edək ki, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyev Siyəzən və Xızı rayonları ərazisində çöl tədqiqat işləri aparıb. İnstitutdan “Bakı-Xəbər”ə verilən məlumata görə, tədqiqatlara əsasən, elmi ədəbiyyatda “Köhnə dərəbinə kəsilişi” kimi tanınan Giləzi-Xızı yolunun sağında, Vərəftə silsiləsinin cənub-şərq yamacı boyunca müşahidə olunan müxtəlif rəngli gil layları geoloji, geomorfoloji və paleocoğrafi cəhətdən öyrənilib. Bu məqsədlə Böyük Qafqazın şimal-şərq yamacında yer almış geoloji-təbiət abidələrini, o cümlədən, əsasən Xızır-Zində ziyarətgahı kimi tanınan məşhur Beşbarmaq dağı təbiət abidəsini formalaşdıran süxurlardan laboratoriya analizləri üçün süxur nümunələri götürülüb, onların ümumi stratiqrafik vəziyyəti, eləcə də yerləşdikləri ərazinin geoturizm imkanları araşdırılıb.

Bir çox alim İlandağ geoparkının yaradılmasını təklif edir. Məlumatlara görə, artıq bu istiqamətdə yaradılan işçi qrupu regionlarda tədqiqatlar aparıb və nadir geoloji obyektlərin (geosaytların) monitorinqini keçirib. Aparılan tədqiqatlar nəticəsində ölkə ərazisində UNESCO və ProGEO-nun tələblərinə uyğun gələn və səciyyəvi geosaytları özündə cəmləşdirən Culfa (İlandağ), Qırməki, Xaltan və Basqal milli geoparklarının yaradılması məqsədəuyğun sayılıb. Bu barədə 2013-cü ildə nəşr edilmiş “Azərbaycan Respublikasının geoloji irsi” kitabında da məlumat verilib. Bu baxımdan mühafizə olunan ərazilərin təşkilində “üçü birində” (geosaytlar, memarlıq-arxeoloji abidələr, biomüxtəliflik) modelini tətbiq etməklə Naxçıvan Muxtar Respublikasında İlandağ geoparkının (geoarxoparkın) yaradılması daha məqsədəuyğun sayılır. Ərazidə 1977-ci ildə yaradılmış Ordubad Tarixi-Memarlıq Qoruğu və 2003-cü ildən fəaliyyətdə olan Zəngəzur Milli Parkı bu qurumun tərkibinə daxil edilə bilər. Burada geoparkın yaradılmasına üstünlük verən digər bir səbəb ərazinin sərhədyanı bölgədə yerləşməsidir. Arazın sağ sahilində, İran İslam Respublikasının ərazisində hazırda Culfa geoparkının fəaliyyəti UNESCO və ProGEO tərəfindən dəstəklənən daha yüksək sərhədyanı geoparkın yaradılması üçün şərtlərin mövcudluğunu aydın göstərir. Bununla bağlı Geologiya və Geofizika İnstitutunun nümayəndələri UNESCO-nun dəvətilə Geoelmlər və Geoparklar Proqramının Parısdə keçirilən 3-cü açıq sessiyasında İlandağ geoparkının təşkilinin mümkünlüyü barədə məruzə ilə çıxış ediblər. Sessiyanın katibliyi Azərbaycan alimlərinin təşəbbüsünü maraqla qarşılayıb və geopark yaradılacağı halda onun Qlobal Geoparklar Sisteminə, Ümumdünya İrs Siyahısına salınmasına və müvafiq təşkilati məsələlərin həllinə dəstək verəcəyini bəyan edib.

Məlumatlara görə, İlandağ geoparkının yaradılması təbiətin və memarlıq abidələrinin mühafizəsi üzrə yerli əhalinin iştirakı ilə vahid mexanizmin yaradılmasına imkan verir. Eyni zamanda, geoturizmin inkişafı muxtar respublikada iqtisadi fəaliyyətin və yerli təşkilatların inkişafında sabitliyə, həmçinin, maarifləndirici-tərbiyəvi fəaliyyətin təşkilinə dəyərli dəstək ola bilər.

  • “...ölkədə geoparkların yaradılması işi də sürətlənməlidir ki, biz bu istiqamətdə turistləri ölkəmizə cəlb edə bilək”

Turizm üzrə mütəxəssis Ruslan Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanda geoturizmin inkişafı üçün münbit şərait, təbii resurslar mövcuddur, sadəcə, bütün bunları inkişaf etdirmək lazımdır. “Geoturizm tematik bir turdur. Düşünürəm ki, geoturizmin inkişafını ekoturizmin inkişafından kənarda görmürük. Bu sahəyə kompleks yanaşma tələb olunur. Əslində, ekoturizm, geoturizm və yaşıl-kənd turizmi bir-birinə bənzəyir. Azərbaycanda geoturizmin inkişaf etdirilməsi ilə bağlı Strateji Yol Xəritəsində də müəyyən müddəalar var. Artıq “Turizm haqqında” qanun layihəsi hazırlanıb, bu layihədə məsələ öz əksini tapır. Fikrimcə, geoturizmlə bağlı maraqlı faktlar açıqlanmalıdır. Tutalım, dünyada məşhur olan və “Ginnesin rekordlar kitabı”na düşən palçıq vulkanlarının 45 faizi Azərbaycandadır. Bu cür məlumatlardan istifadə edərək maraqlı təqdimatlar edilməlidir. Bundan başqa, ölkədə geoparkların yaradılması işi sürətlənməlidir ki, biz bu istiqamətdə turistləri ölkəmizə cəlb edə bilək”.

R.Quliyev hesab edir ki, geoturizmin inkişaf etdirilməsi bizə kifayət qədər turist qazandıra bilər.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ