Cümə günü, 13 noyabr 2026
     

Vətənini sevən böyük insan... - FOTO

Image


Rəşid İsmayıl oğlu Mahmudov respublikamızın ictimai-siyasi və elmi-mədəni həyatında, eləcə də Azərbaycan jurnalistikasının inkişafında misilsiz xidmətləri olan şəxslərdəndir.

Bu gün nəcibliyin və halallığın rəmzi kimi tanıdığım, sevdiyim o böyük insanın dünyaya gəldiyi gündür. Düz doxsan il bundan əvvəl İsmayıllı rayonunun Mican kəndində müəllim ailəsində doğulub. Anadan olmasının 70 illiyini sağlığında ikən yaxınları, dost-tanışları qeyd etmək istəmişdi. Bu böyük vətənpərvər insan etiraz edib və deyib: “Qarabağ kimi düyünə düşən dərdimiz olan bir vaxtda mənim ürəyim belə tədbirləri götürməz...”.

Dəyişməz xarakter və əyilməz iradə sahibi olması Rəşid Mahmudovu tanıyan hər kəsə məlumdur. Xalqına, vətəninə etibarı, sədaqəti və ən əsası da paklığı Allahdan onun boyuna biçilmişdi, sanıram. Hər bir insanın həyatında yerə-göyə sığdıra bilmədiyi, adını dilindən düşürmədiyi, ürəyindən ata bilmədiyi elə dostu olur ki, onun adına qardaş deməkdən, onu qardaş bilməkdən başqa doğma söz tapa bilmirsən. Həyatında elə insan saflığın, güvənin ünvanına çevrilir sənin üçün. Peşəsinə vurğunluğu, ailəcanlılığı, səmimiyyəti, ona maddi-mənəvi ehtiyac duyanlara dayaq olmağı əslində cümlələrə sığmır. Rəşid Mahmudov çoxları üçün məhrəm adam idi, mərd insan idi, sözün böyük mənasında azərbaycanlı idi. Çox təəssüf edirəm ki, bu gün onun barəsində keçmiş zamanda danışıram. Əslində mən çox sevdiyim, illərlə özümü o ailənin üzvü bildiyim insan haqqında nə danışıramsa-danışım, hansı ilə, aya, günə üz tuturamsa-tutum, sanıram ki, istədiklərimi tam ifadə edə bilməyəcəm. İnsan var ki, onun haqqında söyləmək istədiklərini ifadələrə, sözlərə sığışdırmaq olmur. Elələri Tanrı dərgahına yüksəldikdən sonra da yoxluğunu varlığa çevirərək onsuz yaşayanları, arxasında qoyduqlarını ömür yolunda saldığı iz ilə getməyə vadar edə bilir. Rəşid Mahmudov kimi insanlar ölçülü-biçili yaşantısı, mərhəmətli qəlbi ilə mənsub olduğu məmləkətinin, xalqının, elinin, obasının fəxrinə-fəxarətinə çevrilə bilirlər.

Xatirələr çözüldükcə, Rəşid əmini düşündükcə illər məni atalı günlərimə apardı. Atam Məmməd Məmmədovun qardaşı olmayıb, tək olub. Lakin Tanrım ona ömrün bəlli bir yaşında elə bir qardaş əvəzi dost nəsib eləyib ki... biz qardaş-bacılar Rəşid Mahmudovun timsalında Əmi tapdıq. Rəşid əminin həyatımın ağrılı dönəmlərində mənə ünvanladığı təsəlli məktubundan bir neçə cümləni qeyd etməklə fikrimi təsdiqləmək istəyirəm:

“Sona xanımın atası Məmməd müəllimlə 80-ci illərin əvvəllərində xəstəxana şəraitində tanış olmuşam. O, uzun illər hüquq-mühafizə sistemində mühüm vəzifələrdə çalışıb, mənim rəhmətlik qardaşım Fikrətlə çörək kəsib, dostluq edib. Tanış olduğum vaxtdan Məmməd Məmmədovun şəxsində sözün əsl mənasında səmimi dostun, dəyanətli insanın necə olduğunu gördüm. Biz dost deyil, qardaş olduq. Yetmiş illik həyatımda çox adamla ünsiyyət etmişəm. Məmməd müəllimin gözəl bir sözü var – “mən özümə dostu şan-şöhrətə görə deyil, saf qəlbə, insani dəyanətə və böyük ürəyə görə seçirəm”. Belə bir insanla dost-qardaş olmağımla sözün böyük mənasında fəxr edirəm. Məmməd kişinin övladı – Sona balam mənə əmi deyəndə, qapımdan girəndə qəlbim riqqətə gəlir, mənəvi təsəlli tapıram. Mən də, ömür-gün yoldaşım Məhbubə xanım da onu çox istəyirik...”.

Görkəmli ictimai xadim, respublikanın Əməkdar jurnalisti, “Qızıl qələm”, “Kamil Sənətkar”, “Ustad” ali jurnalistika mükafatları, “Həzi Aslanov adına mükafat”la və bir çox başqa fəxri adlarla, eləcə də keçmiş SSRİ Jurnalistlər İttifaqının medal və diplomları ilə təltif olunan Rəşid Mahmudov irimiqyaslı tədbirlərin iştirakçısı da olub. 

Tanınmış yazıçı-publisist, Azər KİVİHİ-nin fəxri üzvü, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Azərbaycan Respublikası Ali Sovetinin dəfələrlə deputatı seçilmiş Rəşid Mahmudov kimi qələm sahibi haqqında söz demək mənə həqiqətən çox çətindir. Əslində mənə yaxşı tanıdığım insan haqqında söz demək ona görə çətindir ki, çox xatirələri var məndə o əvəzsiz insanın və fikrimi haradan başlayıb, harada tamamlayacağımı bilmirəm. Çünki Rəşid əmi illərlə ən çətin və kədərli günlərimdə mənə hər mənada çox təsəlli verən, yol göstərən, səbr diləyən əsl əmi olub...

Tez-tez vəzifədən-vəzifəyə yüksəlsə də, kreslolarda dəyişilən insanlardan fərqli olaraq, Rəşid müəllimin xarakterində olan insanlıq, xeyirxahlıq, təvazökarlıq heç dəyişmədi. Onun ən böyük vəzifəsi insanlığa və insanlara sadiq qalması idi. Mən Rəşid əminin mətbuat naziri olduğu vaxtda da rəhmətlik həyat yoldaşım, BDU-nun dosenti Çərkəz Quliyevlə onun iş yerində olmuşdum. Bu görüşümüzdə Xalq şairimiz Nəriman Həsənzadə də var idi. Böyük idarələrdə də qapıları taybatay hər kəsin üzünə açıq olan, insanlara cani-könüldən yanaşan, ona üz tutanlara ümid verən, ehtiram göstərən əvəzsiz biri idi Rəşid Mahmudov.

Rəşid əmi bir müsahibəsində hansı sözləri sevirsiniz sualının cavabında deyib: “Vətən, insaf, vicdan, inam, iman. Bir də insanı yaşadan, ömrünə zinət verən sözlər deyil, vətənə sevgi, vətənin rifahı naminə çalışmaqdır”.

Rəşid İsmayıl oğlu Mahmudov – mənim əmim belə yaşadı! Bütün bunlardan sonra nə isə demək, nə isə əlavə etmək, sanıram ki, artıq olar. Ruhun şad olsun, əziz əmim!

Sona ÇƏRKƏZ

Bakı Dövlət Universitetinin baş müəllimi,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatçısı



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ