Cümə günü, 13 noyabr 2026
     

Şübhəli yollarla dərəcə almış alimlərin elmi adlarının geri alınması mexanizmi gündəmdə...

Image


Son illər elmin idarə edlməsi sahəsində müəyyən boşluqların yaranması səbəbindən elm sahəsinə elmə dəxli olmayan insanların kütləvi axını baş verdi. Heç bir elmi fəaliyyət göstərməyən, elm sahəsində hər hansı bir nəticəsi olmayan bəzi millət vəkillərinin və dövlət məmurlarının öz vəzifələrindən sui-istifadə edərək elmi iş müdafiə etməsi, elmi tutullara yiyələnməsi elm adamları tərəfindən vaxtaşırı olaraq tənqid edilib.

Bu gün kifayət qədər məmur və millət vəkili var ki, elmlər doktoru, professor elmi dərəcəsi və adı alıb. Son zamanlar müxtəlif vəzifələr tutan insanların elmi adlara, dərəcələrə maraq göstərməsi artıq bir xəstəlik, epidemiya halı alıb.

Azərbaycan Milli Elmlər Akademiyasında rəhbər dəyişikliyi baş verdikdən sonra bu qurumda bəzi mənfi təzahürlərin aradan qaldırılması tendensiyasına başlandığı qeyd edilir. Aktual olan məsələlərdən biri saxta yollarla elmi dərəcə və elmi ad alan bəzi dövlət məmurlarının və millət vəkillərinin elmi dərəcələrinin ləğv edilməsi ilə bağldır. Artıq sosial şəbəkələrdə yayılan məlumatlara görə, elmi dairələrdə bəzi millət vəkilləri və məmurların elmi dərəcələrinin ləğv edilməsi gözlənir. Gəzən söz-söhbətlərə görə, onlarla bağlı təkrar attestasiya keçirilə bilər.

  • “O zaman ulu öndər birmənalı olaraq elmə aidiyyəti olmayan dövlət məmurlarının elmi iş müdafiə etməsini qadağan etmişdi”

Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə bildirdi ki, elmi ictimaiyyəti ciddi narahat edən bu məsələ olduqca aktualdır. “Çox ciddi və aktual məsələyə toxunmusunuz. Əslində, dövlətdə yüksək vəzifə tutan məmurların, eyni zamanda, millət vəkillərinin, eləcə də iş adamlarının, bir sözlə, elmə aidiyyəti, elmi fəaliyyəti olmayan insanların elmi iş müdafiə edərək elmi ad almaları hər zaman cəmiyyət tərəfindən narazılıqla qarşılanıb. Bununla bağlı kəskin fikirlər səsləndirilib. Xatırlayıram ki, hətta ulu öndər Heydər Əliyevin dövründə belə faktlar baş vermişdi. O zaman ulu öndər birmənalı olaraq elmə aidiyyəti olmayan dövlət məmurlarının elmi iş müdafiə etməsini qadağan etmişdi. O bu qadağanı o dövlət məmurlarına qoymuşdu ki, onlar yüksək vəzifələr tuturdular və onların heç bir elmi fəaliyyəti yox idi, elmlə məşğul olmurdular. Ulu öndər elmə aidiyyəti olmayan dövlət məmurlarının elmi ad almasını hər zaman kəskin pisləyir və bunun zərərli hal olduğunu deyirdi. Belə insanların elmi iş müdafiə etməsilə bağlı, qeyri-rəsmi də olsa, bir qadağa vardı. Bu qadağaya da əməl olunurdu və o adamlar müdafiə edə bilmirdilər. Onların “alim olmaq” arzuları həmişə ürəklərində qalırdı. Hətta o alimlərlə görüşlərindən birində deyirdi ki, məmurlar var akademik olmaq istəyirlər, elmi dərəcə almağa can atırlar... Ulu öndər hər zaman bu hala qarşı mübarizə aparırdı.

Sonra zaman dəyişdi, bu istiqamətdə artıq müəyyən neqativlər ortaya çıxmağa başladı. Məmurların və millət vəkillərinin elmi dərəcələr alması elmin nüfuzdan düşdüyü zamanlara təsadüf etdi, o dövrdə bir çox elm adamı ölkəni tərk etmişdilər, bunun nəticəsində də elmdə boşluqlar yaranmışdı. Bu vəziyyətdə elə adamların elmə marağı artmağa başladı. Bir çox işbaz elmin idarə edilməsi sahəsində yaranan boşluqlardan sui-istifadə edərək, bu sahəyə kütləvi axın etməyə başladı. Onlar “öz fəaliyyətlərini” ortaya qoydular. Son bir neçə ildə isə millət vəkilləri, məmurlar, işbazlar, iş adamlarının elmi dərəcə alması daha da kütləviləşib və kəskin hal alıb. Bu o həddə çatdı ki, bu halın qarşısının alınması üçün Prezident Administrasiyası dövlət məmurlarının elmi iş müdafiə etməsini məhdudlaşdırmaq üçün Administrasiyadan rəsmi icazə alınması məsələsini ortaya qoydu. Amma deputatlar, iş adamları, hüquq-mühafizə orqanlarında işləyənlər elmi iş müdafiə etməkdən çəkinmədilər, onlar yenə “elmə gəlməyə” başladılar. Artıq elmi ad almaq bir dəb halına çevrildi”.

İ.Orucov qeyd etdi ki, millət vəkilləri, iş adamlarının kütləvi surətdə elmi ad alması ilə bağlı Ali Attestasiya Komissiyasının keçmiş rəhbərliyinə qarşı ciddi ittihamlar vardı. İ.Orucovun sözlərinə görə, ittihamların əsas səbəbi elmdə plagiatlığın, oğurluğun artması, eləcə də elmi işləri o adamların özləri yazmaması idi. “Elmi işlərin müdafiəsini Prezident yanında Ali Attestasiya Komissiyası həyata keçirir. O vaxt narazılıqların səbəblərindən biri bu qurumun obyektiv işləməməsi idi. Bu qurumda neqativ hallar çox idi. Bu narazılıq o həddə çatdı ki, Ali Attestasiya Komissiyasının rəhbərliyi dəyişdirildi, qurumun əsasnaməsi yenidən hazırlandı. Bu kimi hallara qarşı mübarizə artıq rəsmi sənədlərdə öz əksini tapır. Amma məsələ ondan ibarətdir ki, bu neqativ məqam Azərbaycan üçün spesifik bir hala çevrilib”.

Elmə aidiyyəti olmayan millət vəkilləri, dövlət məmurlarının elmi adlardan məhrum edilməsi məsələsinə gəlincə, İ.Orucov bildirdi ki, bu, “Elm haqqında” Qanunda öz əksini tapmalıdır. “Mövcud qanunvericilikdə bu müddəa öz əksini tapmalıdır ki, ona əsasən də elmi adlar ləğv olunsun. Çox təəssüflər olsun ki, bu kimi hallarla mübarizə mexanizmimiz yoxdur. Elmi adların geri alınması, alim əxlaqı məsələsi, bütün bunlar əlbəttə ki, qanunda öz əksini tapıb. Amma orada keçmişdə saxta yollarla alimlik dərəcəsi alan adamların elmi dərəcələrinin ləğv edilməsi ilə bağlı mexanizmin yoxluğu elmə aidiyyəti olmayan adamların elmi dərəcələrinin əlindən alınmasına maneə törədir. Bu baxımdan da inanmıram ki, bu problem o adamların elmi adlarının əllərindən alınması ilə bitəcək. Bu artıq baş verib. Hesab edirəm ki, bundan sonra Ali Attestasiya Komissiyası ciddi mövqe ortaya qoyacaq və belə hallar olmayacaq. Bəzən bu qədər böyük elmi titullar daşıyan adamların çoxu heç bu ada layiq deyillər. Baxırsan siyasi elmlər doktorudur, amma politologiyadan heç bir anlayışı yoxdur, bu elmi adı vəzifəsindən sui-istifadə edərək alıb. Belə adamların elmi dərəcələrinin ləğv edilməsi üçün elə bir mexanizm işlənib hazırlanmalıdır ki, belələri bir də elmə tərəf baxmasınlar” - deyə İ.Orucov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ