Cümə günü, 13 noyabr 2026
     

“Bakı Dövlət Universitetinin tarixində ən ədalətli rektor Yusif Məmmədəliyev olub” - MÜSAHİBƏ

Image


“Universitetin 100 illik həyatında bu illər ərzində çox şey müsbət mənada dəyişib”

 

1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən əsası qoyulan Bakı Dövlət Universitetinin (BDU) 100 illiyi tamam olub. BDU-nun 100 illik yubileyi münasibətilə ömrünün 60 ildən çoxunu bu ali məktəbə həsr edən BDU-nun İslamşünaslıq Elmi-Tədqiqat Mərkəzinin rəhbəri, fəlsəfə elmləri doktoru, professor, BMT-nin sülh səfiri, “Söz” Akademiyasının üzvü, “Tərəqqi” medallı, məşhur 91-lərdən biri Əsədulla Qurbanovu redaksiyamıza dəvət etdik və onunla BDU-nun 100 illiyi haqqında ətraflı söhbət etdik. 

- Əsədulla müəllim, ömrünüzün çox böyük hissəsini Bakı Dövlət Universitetinə həsr etmisiniz. Bu ali məktəbin 60 ildən çoxu Sizin gözünüzün qarşısında keçib. 100 yaşlı BDU Sizin üçün nədir?

- 1956-cı ildə Azərbaycan Dövlət Universitetinə, indiki Bakı Dövlət Universitetinə qəbul olunmuşam. Bakı Dövlət Universiteti Azərbaycanın dünəni, bu günü və parlaq sabahıdır. Bu ali məktəbin mövcudluğu bizə Azərbaycan Xalq Cümhuriyyətinin ən layiqli töhfələrindən biridir, eyni zamanda da qədirbilən Azərbaycan xalqının simvolu, möhtəşəm abidəsidir. Müstəqil Azərbaycan ona görə qüdrətli dövlətdir ki, onun Bakı Dövlət Universiteti kimi təhsil ocağı, elm, təhsil, mədəniyyət məbədi var. Bakı Dövlət Universiteti şanlı 100 illik fəaliyyəti dövründə respublikamızın ilk ali təhsil ocağı kimi ölkə həyatının bütün sahələrinə öz müsbət təsirini göstərib.

BDU-nun əsasında Azərbaycan Milli Elmlər Akademiyası yaradılıb, bir çox ali məktəbin özülü bu ali məktəbdə qoyulub, sonra onlar buradan ayrılıb müstəqil ali məktəblər kimi fəaliyyət göstəriblər.

- BDU-nun 100 illik yubileyindən danışırıqsa, mütləq xatirələrə də üz tutmalıyıq. Yubiley dövründə kimləri xatırlayırsınız?   

- Mən böyük məmnuniyyətlə müəllimlərimi, rektorlarımı xatırlayıram. BDU-da tələbə olarkən mənə dərs deyən akademiklərdən Həmid Araslı, Cəfər Cəfərov, Feyzulla Qasımzadə, Əlövsət Abdullayev, Mircəlal Paşayev, Əli Sultanlı, Abbas Zamanov, Məmmədcəfər Cəfərov yadıma düşür, onların adlarını bu gün də iftixarla çəkirəm. Onların hər biri bir məktəb olub. Bu gün BDU-da onların ənənələri qorunub saxlanır. Burada milli şüur, milli təfəkkür, milli mənlik şüuruna malik olan bir məktəb yaranıb.

BDU-ya rəhbərlik etmiş, Azərbaycan və dünya elmi üçün böyük töhfələr bəxş etmiş akademik Yusif Məmmədəliyevi, akademik Şəfayət Mehdiyevi, akademik Faiq Bağırzadəni, akademik Mirabbas Qasımovu, akademik Cəmil Quliyevi xatırlayıram. 

Akademik Cəmil Quliyev 1 il BDU-da rektor oldu və rektor olduğu müddətdə 1 qəpik də olsa maaş almadı, o qədər təmiz, o qədər dürüst adam idi ki. Mən burada 14 rektor görmüşəm.

- Bu rektorlar arasında ən ədalətli rektor hansı idi?

- BDU-nun tarixində ən ədalətli rektor Yusif Məmmədəliyev olub. Mən Beynəlxalq Yusif Məmmədəliyev mükafatı da almışam.

- Yusif Məmmədəliyev Sizin idealınız olub deyəsən...

- Bəli, o hər zaman mənim idealım olub. Nə üçün? Mən ali məktəbə qəbul olunanda rus dilindən imladan 2 almışdım. Çünki bizə kəndimizdə rus dili keçməmişdilər. Qəbul komissiyasının sədri çox narahat oldu və məni Yusif Məmmədəliyevin yanına aparıb vəziyyəti ona izah etdi. Yusif müəllim qəbul komissiyasının sədrinə dedi ki, düzdür, qəbul imtahanları qurtarıb, amma sən rus dili müəllimlərini bir yerə topla və onun başının üstündə durub imlanı ona yazdırın. Allah rəhmət eləsin. Onun etdiyini heç kəs etməzdi, amma o, bu böyük yaxşılığı mənə etdi. Mən o imlanı yazdım və yüksək qiymət aldım, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olundum. Bir-iki il oxuduqdan sonra məni BDU-nun Şərq fakültəsinə keçirdilər, 1961-ci ildə Şərq fakültəsini bitirdim. Məni ali məktəbdə saxladılar, aspiranturanı oxudum. Bu gün də həmin ali məktəbdə fəaliyyət göstərirəm.

- Hər müəlliminizin özü bir məktəb idi... Tələbəlikdən yadınızda qalan xatirələr çoxdurmu?

- Ən böyük xatirələrim müəllimlərimlə bağlıdır. Sizə Mir Cəlal müəllimlə bağlı bir epizod danışım. Mircəlal müəllim həm məndən qəbul imtahanı götürmüşdü, həm də ikinci kursda müəllimim idi. Səməd Vurğunun “Zamanın bayraqdarı” poeması təzə çıxmışdı. Mənim də biletimə bu poema düşüb. Mir Cəlal müəllim soruşdu ki, poemanı oxumusan? Dedim ki, bəli, oxumuşam. Dedi poema haqqında nə deyə bilərsən? Cavab verdim ki, poema 8 fəsildən, 800 misradan ibarətdir, birinci fəsil “İnsan ucalır” adlanır. “Yadında qalan misralar varmı” - deyə soruşdu. Dedim bəli.

Çılpaq çiynimizdə dağ boyda yüklər
Süründük can verən ətalət kimi.
Alın tərimizi içdi böyüklər,
Gümüş qədəhlərdə bir şərbət kimi,
Süründük can verən ətalət kimi.

Poemadan nümunə dedikdən sonra soruşdu: əsərin qəhrəmanı kimdir? “Kommunist Partiyasıdır” - deyə cavab verdim.

- BDU-nun İslamşünaslıq Elmi-Tədqiqat Mərkəzinin rəhbəri vəzifəsində çalışırsınız. Bu mərkəz haqqında da danışardınız. Mərkəz necə yarandı?

- İslamşünaslıq Elmi-Tədqiqat Mərkəzi Heydər Əliyev tərəfindən açılıb. Çünki 1998-ci ildə Bakıda “İslam sivilizasiyası Qafqazda” adlı bir beynəlxalq simpozium keçirildi. İslamşünaslıqla bağlı məsələ məni çox cəlb etdi. Azərbaycanda ilk elmlər doktoru professoram ki, bu barədə çox dəyərli tövsiyələr yazıb Heydər Əliyevin yanına getmişəm. Heydər Əliyevlə 17 dəfə görüşüm olub. Heydər Əliyev məni qəbul etdi və tövsiyələrimlə tanış oldu. Dedi ki, mən bilirdim ki, siz belə edəcəksiniz. Köməkçisinə dedi ki, Misir Mərdanovu mənimlə birləşdir. Misir Mərdanov da onda təhsil naziri idi. Dedi ki, Misir müəllim, professor Əsədulla Qurbanov mənim yanımdadır, çox gözəl tövsiyə xarakterli məktubla gəlib, dərkənarla ona əməl elə. Təxminən o səpkili məktubu Akademiyanın keçmiş prezidenti Fərəməz Maqsudova da yazdı. Beləliklə, Bakı Dövlət Universitetində elmi şuranın qərarı ilə İslamşünaslıq Elmi-Tədqiqat Mərkəzi yaradıldı, Heydər Əliyevin tövsiyəsi ilə həmin mərkəzin rəhbəri oldum. 1961-ci ildən bu ali məktəbdə müəllim kimi işləyirəm, mərkəz rəhbəri kimi isə 1998-ci ildən fəaliyyət göstərirəm. 

- Heydər Əliyev bu mərkəzin fəaliyyətinə xüsusi önəm verirdi.

- Bəli. Heydər Əliyev bu mərkəzin geniş fəaliyyət göstərməsinə ciddi dəstək verirdi. Deyim ki, sonrakı dönəmlərdə mərkəz bağlanmaq təhlükəsi ilə üzləşmişdi. Abel Məhərrəmov rektor olduğu dövrdə mərkəzi bağlamaq istəyirdi. Ona etiraz edib bildirdim ki, bu mərkəz ulu öndərin xeyir-duası ilə yaradılıb, onu bağlamaq olmaz. Heydər Əliyev 1998-ci ildə keçirilən “İslam sivilizasiyası Qafqazda” elmi simpoziumunda çox qiymətli fikirlər bildirmişdi. O fikirləri xatırlamaq istəyirəm. “Azərbaycanda islamşünaslıq sahəsində 20-ci əsr, demək olar ki, tamam itirilib. Bu işləri görmək üçün Azərbaycanda islamşünaslıq elmini inkişaf etdirmək lazımdır. Azərbaycanın Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, elmi-tədqiqat institutları bu sahədə xüsusi təşkilatlar, orqanlar, elmi mərkəzlər yaratmalıdırlar. Belə təşəbbüslər olsa, mən onları dəstəkləyəcəm və bunlar üçün hər cür şərait yaradacağam, buna arxayın olun”. Bundan sonra mən sözügedən təklifləri yazıb yanına getdim və bu mərkəz də açıldı. Bu mərkəzin yaradılmasında bizim məqsədimiz ulu Məhəmməd Peyğəmbərin saf islamını və əsasını təşkil edən müqəddəs Quranı elmilik, obyektivlik, məntiqlilik, dünyəvilik baxımından tədqiq, tədris etməkdən ibarətdir. Bu mərkəzlə bağlı bir neçə əsərim çap olunub, burada 12 əməkdaş çalışır.   

- BDU-nun həyatında nə dəyişib, nə yeniliklər baş verib?

- Əvvəla BDU Azərbaycanda elmin, təhsilin, mədəniyyətin məbədgahıdır. Bu ali məktəb ötən 100 il ərzində elə kadrlar yetişdirib ki, onlar dünyaşöhrətli alimlərdir. Universitetin 100 illik həyatında bu illər ərzində çox şey müsbət mənada dəyişib. Bu gün respublika alimlərinin böyük bir qisminin çalışdığı BDU-da 300-dən artıq elmlər doktoru, professor, 100-dən çox, o cümlədən, AMEA-nın 11 həqiqi üzvü, 11 müxbir üzvü, çoxsaylı elmlər namizədi-fəlsəfə doktoru, dosent 20 mindən artıq tələbənin təlim-tərbiyəsi ilə məşğul olur. Bunlardan təcrübəli 100 nəfəri dövlətin ali mükafatlarına layiq görülüb. 30 nəfərə yaxın əməkdar elm xadimi, 10 nəfərdən çoxu Prezident təqaüdçüsü, xeyli sayda olanı Milli Məclisin üzvüdür. Hazırda BDU-da iki institut: Tətbiqi Riyaziyyat və Fizika Problemləri İnstitutu, 16 fakültə, 100-dən çox kafedra, laboratoriya, mərkəz, muzey, kollec, şöbə və s. fəaliyyət göstərir.

Bu gün işıqlı və geniş auditoriyalarda müasir informasiya-kommunikasiya texnologiyalarından sərbəst istifadə edən, dünyaşöhrətli alimlərin yüksək səviyyəli mühazirələrini dinləyən, yeni avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda elmin və texnikanın nailiyyətlərinə yiyələnən tələbələr təhsil alırlar.

Biz istəyirik ki, BDU bundan sonra da Cümhuriyyətin adına layiq ali məktəb kimi fəaliyyətini davam etdirsin.

- BDU-nun dünyaşöhrətli məzunlarından danışdınız. Kimləri xatırlaya bilərsiniz?

- BDU-nun ən görkəmli məzunu dahi Heydər Əliyevdir. Heydər Əliyevlə tanışlığımızla bağlı bir epizod danışım. 1957-ci il idi, ikinci kursda oxuyurdum. Universitetin “Lenin tərbiyəsi uğrunda” adlı çoxtirajlı qəzeti nəşr edilirdi. Redaktor mənə dedi ki, Tarix fakültəsində ən yaxşı oxuyan tələbələrdən müsahibə götür. O vaxt qayda belə idi ki, gərək rektor bunu biləydi. Yusif Məmmədəliyev dedi ki, mən etiraz etmirəm, çox sağ olun, amma gedin dekandan da soruşun, görün yaxşı oxuyan tələbələr kimlərdir. Tarix fakültəsinə getdim. Dekan Qəzənfər Mehdiyev idi, o, yerində yox idi. Onu Səidə İmanzadə əvəz edirdi. Allah hamısına rəhmət eləsin. Səidə xanım həm məndən qəbul imtahanı götürmüşdü, həm də mənə dərs deyirdi. Dedi ki, siz universitetin o biri korpusunun birinci mərtəbəsindəki 106-cı otağa (indiki İqtisad Universitetinin birinci mərtəbəsi - Ə.Q.) gedin, Tarix fakültəsinin beşinci kurs tələbələri orada oxuyur, indi onlara akademik Aslan Aslanovun estetika dərsidir. Get, Aslan müəllim kimi məsləhət görsə, müsahibəni ondan alın. Mən ora getdim. Aslan müəllim məni görüb soruşdu ki, ay Əsədulla, nə əcəb səndən, bura gəlmisən? O mənə dərs deyirdi. Mən vəziyyəti ona danışdım. Tənəffüs idi. O mənə Heydər Əliyevi göstərib dedi ki, ən yaxşı oxuyan tələbəmiz Heydər Əliyevdir, müsahibəni ondan götür. Heydər Əliyevlə auditoriyaya qayıtdıq, o, mülki paltarda idi. Mən Heydər Əliyevə sual verdim ki, siz fəlsəfi fənlərdən hansını daha çox sevirsiniz? Dedi ki, estetikanı. “Nə üçün məhz estetikanı” - deyə soruşduqda cavab verdi ki, Aslan müəllim gözəllik haqqında elm olan estetikanın elə incə mətləblərini bizə öyrədir ki, mən Aslan müəllimi də, o elmi də sevirəm. Uzun söhbət etdik onunla. Yazı qəzetdə çap olundu.

- Deyirsiniz Heydər Əliyevlə 17 dəfə görüşmüsünüz. O, ondan götürdüyünüz müsahibəni xatırlayırdımı?

- Bəli, xatırlayırdı. Onun çox gözəl yaddaşı vardı, heç bir hadisə yadından çıxmırdı.

Ardı var...

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ