Bazar günü günü, 27 sentyabr 2026
     

Ramiz Mehdiyevin gəlişindən sonra Akademiyanı nə gözləyir...

Image


Ölkəmizin baş elmi mərkəzi olan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) praktik olaraq  elm sahələrinin inkişafına təkan verməli, bu sahəni istiqamətləndirməli, elmi görüşləri realizə etməli olduğu halda, faktiki olaraq, bu funksiyanı yerinə yetirə bilmirdi. Müasir dünyanın çağırışlarına çevik və mobil cavab verməli, elmi kadrların hazırlığı sahəsində mühüm addımlar atmalı olan AMEA-da son illər bunlar baş vermirdi.

Bundan əlavə, AMEA sistemində bir-birini təkarar edən elmi-tədqiqat institutlarının, şöbələrin çoxluğu, eyni zamanda, adı ştatda olan və özü, ümumiyyətlə, işə gəlməyən “ölü canlar” da AMEA-nın ən böyük problemlərindən biri kimi diqqəti həmişə cəlb edib. AMEA-da mövcud problemlər həll edilmir, ümumiyyətlə, günü-gündən dərinləşirdi. Saxta yolla elmi iş müdafiə edənlər də bu sistemdə kifayət qədər idi. AMEA-nın çevik işləməməsi sayəsində Azərbaycan elminin beynəlxalq aləmdə imici, demək olar ki, elə də müsbət deyildi. Onu da qeyd edək ki, bir sıra mütəxəssislər AMEA-da ciddi islahatlar aparılmalı olduğunu, bunun kadr islahatlarını da ciddi şəkildə əhatə etməsinin vacibliyini dəfələrlə vurğulayırdılar.

Akademik Ramiz Mehdiyevin AMEA prezidenti seçilməsi bu sistemdə yeni islahatlar dalğasının başlanacağını deməyə əsas verir. Mütəxəssislər də hesab edirlər ki, AMEA-nın indiyə qədər mövcud olan bütün problemlərinin həllinə nail olmaq mümkün olacaq.

  • “Azərbaycan elminin və alimlərinin gözləntiləri çoxdur”

Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, qarşıdakı dövrdə AMEA-nı ciddi yeniliklər gözləyir. O hesab edir ki, R.Mehdiyev bu quruma rəhbərliyi dövründə burada ciddi islahatlar həyata keçiriləcək: “Ölkə Prezidentinin sərəncamı ilə Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilən akademik Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçildi. Düşünürəm ki, Ramiz Mehdiyevin bu quruma rəhbər seçilməsi Akademiyanın tarixində ciddi hadisə kimi yadda qalacaq. Bizdə bir məsəl var: “Gedənin arxasınca danışmazlar”. Amma yaxşını deyiriksə, hər halda pisi də qeyd etmək lazımdır. Xeyli müddətdir apardığım müşahidə nəticəsində gəldiyim qənaət bundan ibarətdir, həqiqətən də Elmlər Akademiyası son dövrlər çox ciddi problemlər yaşayırdı. Biz bilirik ki, Azərbaycanda elmin inkişafı dövlət başçısının diqqətindədir və bu sahə diqqət, qayğı ilə əhatə olunub. Bu qayğı ən yüksək səviyyədə, ölkənin siyasi rəhbəri səviyyəsində mövcuddursa, bəs nədən bizim elmimiz bu qədər geri qalır, cəmiyyətin ümumi lokomotivi rolunda çıxış edə bilmir. Bunun çox ciddi səbəbləri var. Azərbaycanın elm məbədi sayılan və eyni zamanda, rəsmi olaraq dövlətin ali elmi qurumu statusunda olan Elmlər Akademiyası müasir dövrün tələblərinə cavab verə bilmir, onun gördüyü işlər, əldə etdiyi nəticələr Azərbaycanın ümumi inkişafından çox geri qalır və Azərbaycanda elm, sadəcə, görüntü xarakteri daşıyır. Təbii ki, Elmlər Akademiyasının bu duruma düşməsində AMEA-nın keçmiş rəhbərliyini şiddətlə qınayıram. Hesab edirəm ki, elmin idarə olunmasında Akademiyanın keçmiş rəhbərliyi ciddi nöqsanlara yol verib. Biz Elmlər Akademiyasının gəncləşdirilməsi işinə başlayarkən vaxtilə çox ciddi nəticələr əldə etdik. Hər halda Akademiyada gənclərin stimullaşdırılması, onların həvəsləndirilməsi, elmə cəlb edilməsi, elmlə məşğul olması üçün müvafiq şəraitin yaradılması, eyni zamanda, dövlətin aidiyyəti qurumlarının bu işə səfərbər edilməsi ilə çox ciddi işlər gördük. Çox qısa müddətdə Azərbaycanda elmi gənclik hərəkatını formalaşdıra bildik. Amma sonrakı dönəmlərdə bu məsələdə Akademiyada hakimiyyəti ələ almış yaşlı nəslin nümayəndələrinin çox cılız qısqanclığının şahidi olduq. Əslində, müasir dünyada elmi prosesin nə olduğunu bilməyən insanların ucbatından AMEA öz tənəzzül dövrünü yaşamağa başladı. Təəssüflər olsun ki, Akademiyada daha çox görüntü xarakterli proseslərə start verildi, habuki, onlar şoudan başqa bir şey deyildi. Düşünürdük ki, bu görüntü, gec-tez, Azərbaycan elmini böyük bataqlığa çevirəcək. Elə də oldu. Hesab edirəm ki, Azərbaycan elminin son beş ili boşuna xərcləndi. Akademik Ramiz Mehdiyevin AMEA prezidenti seçilməsinə gəlincə, deyim ki, bu çox uğurlu bir təyinatdır və onun Akademiyaya rəhbər seçilməsi bu sistemdə uzun illər mövcud olan problemlərin aradan qaldırılmasına, həll edilməsinə səbəb olacaq. Ondan Azərbaycan elminin və alimlərinin gözləntiləri çoxdur. Onun uzun illər dövlət aparatının vacib fiqurlarından biri olması, dövlət işini yaxşı bilməsi, hər zaman Prezidentin həyata keçirdiyi islahatlara dəstək verməsi, eyni zamanda, Ramiz müəllimin həqiqi elm adamı olması bu qənaəti söyləməyə imkan verir ki, biz AMEA-nın həyatında ciddi yeniliklərin, islahatların şahidi olacağıq. Doğrudur, Ramiz Mehdiyev humanitar və ictimai elmlər sahəsində görkəmli mütəxəssisdir. Ramiz müəllimin bu sahədə xüsusilə prinsipial olduğunu, elmə obyektiv münasibət bəslədiyini hələ Administrasiya rəhbəri olduğu dövrdə də müşahidə etmişik. O, elmi sferada baş verənləri çox diqqətlə izləyib. Müasir Azərbaycan elminin rəhbərliyinə seçilən Ramiz müəllimin bu sahənin inkişafında öz sözünü deyəcəyinə böyük ümidlər bəsləyirik, ondan çox şey gözləyirik. Xatırladıram ki, bir neçə il əvvəl Ramiz Mehdiyevin çox maraqlı bir məqaləsi çap olunmuşdu. “İctimai və humanitar elmlər zamanın kontekstində” adlanan məqalə böyük əks-səda yaratmışdı. O bu məqalədə humanitar və ictimai elmlər sahəsində görülməli olan işlərin ardıcıllığını çox mükəmməl şəkildə vermişdi və eyni zamanda, bu sahədə olan boşluqları, nöqsanları qeyd etmişdi. Həmin məqalədən sonra bu sahədəki narazılıqlar aradan qaldırıldı, həmçinin, bu sahədə yeni istiqamətlər müəyyənləşdirildi. Bu baxımdan məndə əminlik var ki, Akademiyadakı problemlər həll ediləcək”.

İ.Orucov hesab edir ki, uzun müddət öz fikir və ideyaları ilə Azərbaycan elminə dəstək verən R.Mehdiyevin prezidentliyi dövründə AMEA-da çox işlər görüləcək və bu sistemdə indiyə qədər mövcud olan ciddi nöqsanların aradan qaldırılması reallaşacaq. İ.Orucov fikrincə, R.Mehdiyevin rəhbərliyi ilə Azərbaycan elmi tamamilə yeni dövrə qədəm qoyub: “Hesab edirəm ki, akademik R.Mehdiyevin rəhbərliyi dövründə AMEA-nın nüfuzu özünə qayıdacaq və bu qurum özünün yenidən intibah dövrünü yaşayacaq. Eyni zamanda, son 5-6 il ərzində bu sistemdəki nöqsanların aradan qaldırılmasına nail ola biləcəyik. Mən Ramiz müəllimin obyektivliyinin xüsusilə şahidi oldum ki, o, vaxtilə Ali Attestasiya Komissiyasında baş verən neqativ proseslərə biganə qalmadı və onunla bağlı ortaya çox sərt mövqe qoydu. Həmçinin, Azərbaycan elmində plagiatlıq halları ilə bağlı etirazını bildirdi. İşlənmiş və köhnəlmiş mövzuların yenidən işlənməsi, görüntü xarakterli elmi işlərin müdafiə edilməsi ilə bağlı ciddi mövqeyini göstərdi. Fikirləşirəm ki, onun rəhbərliyi dövründə Akademiyanın həyatında çox ciddi dönüşə nail olunacaq. Bu gün Akademiyada çox ciddi problemlər var ki, onlar öz həllini gözləyir. Hazırda AMEA-nın 11 min əməkdaşı var və onların böyük əksəriyyəti yaşlaşmış, pensiya yaşına çatmış insanlardır, onların çoxu heç işə də gəlmir. Baxmayaraq ki, onlar artıq pensiya alırlar, amma tutduqları vəzifələrdən ikiəlli yapışıblar, elmi vəzifələri zəbt ediblər. Bu da elmi əxlaqa uyğun gəlməyən amildir. Akademiyada institut direktorları var ki, 60 ilə yaxındır direktor vəzifəsi tuturlar. Bu nə dərəcədə doğrudur? 60 il bir elmi müəssisəyə rəhbər olasan və o elmi müəssisənin dünyanın elmi reytinqlərində adı olmaya, bu biabırçılıqdır. Bu adamlar bu vəzifələrdən niyə yapışıblar?”

İ.Orucov qeyd etdi ki, AMEA-nın 11 min əməkdaşının böyük hissəsi yaşlı nəsildir və bu da Akademiya sistemində gəncləşmə prosesinin həyata keçirilməsini ləngidir. Onun sözlərinə görə, elmdə aktiv yaş dövrü təxminən 32-45 yaş arasındadır. Onun sözlərinə görə, elmdə ciddi nəticələrə həmin yaş dövrlərində nail olmaq olur. “AMEA institutlarında bir sıra direktorlar və şöbə müdirləri nəinki pensiya yaşlı insanlardır, hətta bir çoxu müxtəlif dövlət vəzifələrində işləmiş və həmin vəzifələrdə ləkəli adlar qazanmış adamlardır. Onlar elmə gəliblər və elmi-tədqiqat institutlarında fəaliyyət göstərirlər. AMEA “cərimə batalyonu” ola bilməzdi, bu qurum ömrünü illərlə elmə verən insanların məskəni olmalı idi. Amma təəssüf ki, bu, uzun müddət belə olmadı. Hesab edirəm ki, Ramiz müəllim bu problemin də həllinə nail olacaq və onun qətiyyəti nəticəsində Elmlər Akademiyasında gəncləşmə prosesi başlayacaq. Akademiyada çalışan 11 min əməkdaşın real attestasiyası keçirilsə, heç onların 2 min nəfəri bu sistemdə işləməyə layiq olmaz. O adamlar orada nə üçün saxlanmalıdır və onlara nə üçün dövlət büdcəsindən havayı vəsait verilməlidir? Vaxtı keçmiş, heç bir strateji əhəmiyyət kəsb etməyən tədqiqatlara pul ayrılmasına nə dərəcədə ehtiyac var? Əlbəttə, yoxdur. Elə institutlar var ki, bir-birini təkrarlayır. Hesab edirəm ki, onlarla da bağlı ölçü götürülməlidir. R.Mehdiyevin rəhbərliyi dövründə Akademiyada mövcud olan bütün nöqsanların, problemlərin kökündən həll ediləcəyinə böyük inam bəsləyirik” - deyə İ.Orucov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "daha uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ