Cümə günü, 13 noyabr 2026
     

Universitetlərdə və orta ixtisas məktəblərində artıq yükə çevrilmiş ixtisaslar...

Image


Ölkəmizdə hər il minlərlə tələbə ali məktəbləri bitirərək iş axtarışına çıxır. Ali təhsilli gənclərin sayının ilbəil artmasına baxmayaraq, gənc mütəxəssislərin bilik və bacarıqlarının səviyyəsi əmək bazarının və işəgötürənlərin tələblərinə yetərincə cavab vermir. Bu səbəbdən son illər əmək bazarında ciddi dəyişikliklər baş verib.

Bir vaxtlar məşhur olan, hər kəsin oxumağa can atdığı peşələrə bu gün artıq tələbat azalıb. Valideynlər, Sovet dövründə olduğu kimi, indi də övladlarının ya hüquq, ya da tibb fakültəsində oxumasına çalışsalar da, əmək bazarında belə ixtisaslara tələbatın olmaması vəziyyəti gərginləşdirib. Bu gün əmək bazarında tələblə təklif üst-üstə düşmür. Bu da müvafiq peşə sahiblərinin sayının azalması ilə yanaşı, həmin təklifin əcnəbi işçi qüvvəsi ilə əvəz olunmasına gətirib çıxarır.

Nəzərə almaq lazımdır ki, Azərbaycan inkişaf etməkdə olan ölkədir və burada həyatın müxtəlif sahələrində yeni ixtisaslar üzrə kadrlara tələb var. Kadr hazırlığı zamanı mövcud tələblə yanaşı, perspektivdə yeni tələblər də nəzərə alınmalıdır. Əks halda, kadr çatışmazlığı yaranır ki, bu da həmin sahələrdə olan geriliyin aradan qaldırılmasını çətinləşdirir.

Ekspertlərin fikrincə, təhsil müəssisələrində əmək bazarında ehtiyac duyulmayan ixtisasların yerinə tələbat olan sahələr tədris olunmalıdır.

  • Kamran Əsədov: “Elektrik mühəndisi, cihazqayırma kimi ixtisasa qəbul edilənlərə əmək bazarında ehtiyac yoxdur, bunlar ölü ixtisaslar sayılır”

Təhsil sahəsi üzrə ekspert Kamran Əsədov bildirdi ki, Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində qəbul aparılan ixtisasların bir çoxu əmək bazarında ehtiyac duyulmayan ixtisaslardır: “Bu gün mövcud olan ixtisasların çoxu 20-30 ildən sonra mövcud olmayacaq. Təəssüflər olsun ki, hələ də müəyyən ixtisaslar üzrə kadrlar hazırlanır, amma həmin kadrlar sonradan iş tapa bilmir. Məsələn, elektrik mühəndisi, cihazqayırma kimi ixtisasa qəbul edilənlərə əmək bazarında ehtiyac yoxdur, bunlar ölü ixtisaslar sayılır. Azərbaycanda ekologiya mühəndisi ixtisası var, amma bu ixtisas üzrə iş yoxdur. Belə olan təqdirdə bu istiqamətlər üzrə kadrların hazırlanmasına nə ehtiyac var?

“Business insider” jurnalı var. Burada istehsalatda və xidmət sektorunda daha çox ehtiyac duyulan kadrlarla bağlı məlumatlar əksini tapır. Bizdə kənd təsərrüfatı üzrə kadrlar hazırlanır, amma kənd təsərrüfatı üzrə menecer hazırlanmır. Bu, gələcəyin ixtisaslarından biridir. Kənd təsərrüfatı üzrə yeni ixtisasların açılması, bu istiqamətlərdə kadrların hazırlanması vacibdir. Kənd təsərrüfatı Azərbaycanda inkişaf edən sahədir və gələcəkdə yetərli kadrlar olmadıqda inkişafı dəstəkləmək, onun davamlılığını təmin etmək mümkün olmayacaq”.

K.Əsədovun sözlərinə görə, gələcəkdə ölkəmizdə daha çox tələbat yaranacaq ixtisaslar informasiya texnologiyaları ilə bağlı olacaq: “İnformasiya texnologiyasının inkişafı proqramçılara tələbi artırır və gələcəkdə daha çox artıracaq. İnformasiya texnologiyaları və informasiya təhlükəsizliyi ayrı bir işdir, proqramçılar ayrı bir peşədir. Onun işi proqram yazmaqdır, hansı ki, proqramlar olmadan elektron qurğuların işləməsi mümkün deyil.

Gələcəkdə kompyuter, informasiya texnologiyaları üzrə ixtisas çeşidlərinin sayı artırılmalıdır. Bizdə kompyuter elmləri üzrə kadrlar hazırlayırıq, amma kompyuter sistemlərinin tətbiq edilməsi, təkmilləşdirilməsi üçün kadrlar yoxdur. İnformasiyanın emalı, istehsalı ilə məşğul olacaq kadrlar hazırlanmır.

Bununla yanaşı, kompyuter oyunlarının hazırlanması və dizaynı ixtisası ölkəmizdə yoxdur. Halbuki, bu ixtisaslar bazarı sürətlə böyüyən seqmentlərdəndir. İnformasiya rəhbərliyi, daxili təhlükəsizlik, virtual təhlükəsizlik ixtisasları yoxdur. Nanotexnologiya üzrə kadrların hazırlanması da vacibdir”.

Ekspert onu da vurğuladı ki, başqa sahələr üzrə də ixtisasların çeşidinin artırılmasının vacib olduğu qənaətindədir: “Bizdə satış təlimçiləri yoxdur. Menecerlər var, ancaq onların hansı istiqamət üzrə menecer olduğu bilinmir. Azərbaycanda sürücülük məktəbləri var, amma yük maşınının, xüsusi təyinatlı avtomobillərin sürücüsü ixtisası yoxdur. Bu ixtisaslara gələcəkdə tələb bir qədər də artacaq. Azərbaycanda tikinti mühəndisi var, lakin tikinti müfəttişi ixtisası yoxdur.

Hüquqşünas ixtisası var, amma vəkillik ixtisası yoxdur. Bu ixtisas lazımdır. Bütün hüquqşünaslar vəkil olmur. Onun konseptual istiqamətləri var – ailə, cinayət, mülki və s. istiqamətlər üzrə vəkil işləri var. İxtisas seçimlərini artırmaq lazımdır”.

K.Əsədov onu da vurğuladı ki, kadr hazırlayan zaman, ilk növbədə, həmin kadrlara əmək bazarında ehtiyac olub-olmadığını bilmək lazımdır: “Bundan sonra həmin ixtisaslar üzrə kadrlar hazırlanmalıdır. Təhsilin məqsədi həyat üçün kadr hazırlamaqdır. Lazımsız ixtisaslar üzrə pul xərcləyib kadr hazırlamağa ehtiyac yoxdur”.

  • Aytəkin Kamranqızı: “Tələbələrin əksəriyyəti hüquqşünas, müəllim, həkim kimi məzun olur. Bu sahələrə tələbat olmadığı üçün, bir sıra peşələr üzrə kadr çatışmazlığı yaranır”

Sosioloq Aytəkin Kamranqızı bazarda bu sahədə monitorinqlərin aparılmadığ səbəbindən əmək bazarının tələblərinə uyğun kadr hazırlanmadığından şikayətləndi: “Əmək bazarında çox ciddi problemlər var. Tələbələrin əksəriyyəti hüquqşünas, müəllim, həkim kimi məzun olur. Bu sahələrə tələbat olmadığı üçün, bir sıra peşələr üzrə kadr çatışmazlığı yaranır, gənclər arasında işsizlik artmış olur. Ölkə üçün əhəmiyyət kəsb edən kənd təsərrüfatı, yüksək texnologiyalar və s. kimi ixtisaslara maraq çox zəifdir. Ölkəmizdə tələb olunan peşələrə xaricdən işçi qüvvəsi gətirməyə məcbur oluruq. Nəticədə ali təhsilli məzunlarımız işsiz qalır”.

Problemin həlli yollarından danışan mütəxəssis bildirdi ki, ali təhsilin formalaşmasında və ixtisasların təyin olunmasında ölkənin sosial-iqtisadi inkişafının meylləri, o cümlədən, sahibkarlıq subyektlərinin tələbləri nəzərə alınmalıdır: “Bu gün sahibkarlar hansı kadra, ixtisasa ehtiyac duyursa və ya hansı peşələr vacibdirsə, onlar öyrənilməlidir. Ali təhsil müəssisələri ilə iş adamları arasında qarşılıqlı əlaqə olmalı, təcrübə mübadiləsi aparılmalıdır. Əmək bazarında tələbə uyğun olaraq təklif verilməli və ixtisaslı kadr yetişdirilməlidir.

İş elanları saytlarında apardığımız kiçik araşdırma nəticəsində məlum olur ki, özəl şirkətlər və təşkilatların hazırda daha çox İKT sahəsində bacarığı olan gənclərə, satış təmsilçilərinə, texniklərə ehtiyacı var. İkinci ən çox axtarılan peşə sahibləri isə xidmət sahəsində çalışanlardır. Bu sahədə ofisiantdan tutmuş, aşpaza, mühafizəçiyə, sürücüyə qədər müxtəlif peşə sahiblərinə tələbat böyükdür”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ