Cümə günü, 13 noyabr 2026
     

Əhalinin siyahıyaalınması: dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyi

Image


Hər bir ölkədə əhalini siyahıyaalma vacib dövlət siyasətinin əsas tərkib hissəsini təşkil edir. Dünya təcrübəsinə nəzər saldıqda görərik ki, bir sıra Avropa ölkələrində bu proses ilk dəfə XVIII əsrin sonları, XIX əsrin əvvəllərində həyata keçirilməyə başlayıb. Bu dövrdə siyahıyaalmaların təşkili və onların proqramlarının müəyyənləşdirilməsi üçün əsaslar qoyulub.

Həmin dövrdə əhalini siyahıyaalma hər 10 ildən bir Birləşmiş Ştatlar və İngiltərədə, hər 5 ildən bir Fransa və İsveçdə, 3-4 ildən bir Avstriyada müntəzəm şəkildə, Danimarka, İslandiya, Norveçdə, eləcə də bəzi ərazilərdə, əsasən ABŞ-ın müstəmləkələrində qeyri-müntəzəm şəkildə keçirilib. Bu siyahıyaalma məhdud sayda əlamətləri nəzərə almaqla, bütün əhalini əhatə etmirdi və onların materiallarının işlənməsi bir çox il çəkirdi. İkinci mərhələdə (XIX əsrin ikinci yarısı - XX əsrin birinci yarısı) əhali siyahıyaalmaları Avropanın və Amerikanın bütün ölkələrində, bəzi Asiya və Afrika ölkələrində başlayıb. Əhalini siyahıyaalma üzrə növbəti təkmilləşdirmə 1846-cı ildə Belçikada keçirilən siyahıyaalma ilə bağlıdır və əhali siyahıyaalmasının müasir anlayışına keçidi təmin edirdi.

Azərbaycan əhalisini siyahıyaalma işinə Sovet dövründə başlanıb. Doğrudur, bundan əvvəl mövcud olan Çar Rusiyası dövründə də əhalini kameral siyahıyaalma prosesi getmişdi. Belə ki, 1897-ci ildə Çar Rusiyası Azərbaycan əhalisini də siyahıyaalmaya cəlb edib. Amma respublika olaraq ilk dəfə Azərbaycan əhalisini siyahıyaalma Sovet hakimiyyətinin ilk illərində həyata keçirilib. Belə ki, 17 dekabr 1926-ci ildə SSRİ-də əhalini ilk siyahıyaalma aparılıb. Bu siyahıyaalmada Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının tərkibinə daxil olan Azərbaycan SSR əhalisi də siyahıya alınıb. Siyahıyaalma zamanı Azərbaycan SSR ərazisində 35 şəhər və 5788 kənd yaşayış məntəqəsi mövcud olub.

Qeyd edək ki, Azərbaycan əhalisi 1926-cı, 1939-cu, 1959-cu, 1970-ci, 1979-cu, 1989-cu illərdə, müstəqillik dönəmində isə 1999-cu, 2009-cu illərdə siyahıya alınıb. Onu da vurğulayaq ki, bu siyahıyaalmalar zamanı ölkəmizin əhalisi haqqında ətraflı məlumatlar toplanıb.

Məlum olduğu kimi, bu il oktyabrın 1-10-da Azərbaycanda əhalini növbəti siyahıyaalma keçiriləcək. Heç şübhəsiz ki, əhalini siyahıyaalma məlumatları cəmiyyətin inkişaf meyllərinin düzgün öyrənilməsi üçün çox əhəmiyyətli rəsmi statistika olmaqla yanaşı, baza xarakterli statistik məlumatların əldə edilməsinin əsas mənbəyidir.

Oktyabrın 1-10-da baş tutacaq əhalini siyahıyaalma prosesi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 sentyabr tarixli Fərmanına əsasən həyata keçirilir. Məlum olduğu kimi, “Azərbaycan Respublikasında əhalini siyahıyaalmanın hazırlanıb keçirilməsi üzrə təqvim planı”na uyğun olaraq, əhalini siyahıyaalma ilə bağlı hazırlıq işlərinin görülməsini və onun keçirilməsini, yekunlarının işlənməsini, nəticələrinin dərc edilərək yayılmasını təmin etmək məqsədilə Dövlət Statistika Komitəsində Siyahıyaalma qrupu yaradılıb.

Qeyd edək ki, siyahıyaalma vərəqəsi ölkə üzrə ev təsərrüfatlarının və ailələrin sayına, yaşayış binaları və evlərinə, yaşayış üçün istifadə edilən digər tikililərə dair ətraflı məlumatların əldə olunmasına imkan verir. Sorğu vərəqəsində siyahıya alınacaq hər bir şəxsin cinsi, yaşı, doğulduğu yer, vətəndaşlığı, milli (etnik) mənsubiyyəti, ana dili və sərbəst danışdığı dillər, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əlilliyi, əhalinin ölkədaxili yerdəyişməsinin və xarici miqrasiyanın səbəbləri və sair mühüm göstəricilər üzrə suallar öz əksini tapıb. Bildirək ki, siyahıyaalma vərəqəsində 6 sual, sorğu vərəqəsində isə altsuallar da daxil olmaqla 46 sual nəzərdə tutulub. Məşğulluq sahəsində milli qanunvericiliyə və Beynəlxalq Əmək Təşkilatı tərəfindən qəbul edilmiş beynəlxalq metodologiyalara əsaslanaraq, sorğu vərəqəsinə işçi qüvvəsini, həmçinin, potensial işçi qüvvəsini, əhalinin məşğulluğunu, o cümlədən, özünüməşğulluğunu, işsizliyini, iqtisadi qeyri-fəallığını və öz şəxsi istehlakı üçün mal istehsalı ilə məşğul olanları müəyyən edən bir sıra suallar daxil olunub.

Məlumatlara görə, bu suallar əsasında iqtisadi və inzibati rayonlar üzrə peşə və vəzifələr, iqtisadi fəaliyyət növləri, cins və yaş bölgüsündə işçi qüvvəsinə dair əldə olunacaq məlumatlar ölkədə əmək ehtiyatlarının istifadəsinin əhatəli qiymətləndirilməsinə və əmək bazarında mövcud vəziyyəti daha geniş təhlil etməyə imkan verəcək.

Əvvəlki siyahıyaalmadan fərqli olaraq, bu dəfə bir sıra yeniliklər edilib. Belə ki, sorğu vərəqəsinə ilk dəfə olaraq əlilliyə dair suallar daxil edilib. Əlilliyə dair suallar ölkədə sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinə, təhsilinə və məşğulluğuna, habelə siyahıyaalma çərçivəsində toplanan digər göstəricilərə dair məlumatların əldə edilməsinə imkan yaradacaq. Əhalini siyahıyaalmanın məlumatlarının elektron məlumat sisteminə daxil edilməsi, işlənməsi və yekunların əldə edilməsi məqsədilə məsələ qoyuluşu, çıxış cədvəllərinin nümunələri, kodlaşdırma soraqçaları və siyahıyaalma ilə bağlı müvafiq proqram təminatı da hazırlanıb.

Dövlət Statistika Komitəsi sədrinin birinci müavini, iqtisad üzrə fəlsəfə doktoru Vahab Məmmədovun sözlərinə görə, siyahıyaalmada istifadə olunacaq sorğu vərəqələrinə, həmçinin, inzibati ərazi vahidləri üzrə əmək ehtiyatlarının istifadəsini və əmək bazarında mövcud vəziyyəti daha dolğun təhlil etmək məqsədilə, beynəlxalq metodoloji yanaşmalara əsaslanaraq, işçi qüvvəsinin tərkibi və əhalinin məşğulluğuna dair bir sıra suallar daxil edilib: “Sorğu vərəqələri elə tərtib olunub ki, alınacaq məlumatlar bundan əvvəlki siyahıyaalmanın göstəriciləri ilə müqayisə aparılmasına imkan yaratsın. 2019-cu il əhali siyahıyaalması bütün əhali üçün vahid olan siyahıyaalma proqramı əsasında, sayıcılar tərəfindən bütün yaşayış yerlərini (müvəqqəti yaşayış yeri də daxil olmaqla) əhatə etməklə sorğu yolu ilə aparılacaq. Bu yanaşma nəticəsində əhalinin faktiki məskunlaşması barədə də mühüm məlumatlar əldə ediləcək”.

Əhalini siyahıyaalma məlumatları cəmiyyətin inkişaf meyllərinin düzgün öyrənilməsi üçün çox əhəmiyyətli rəsmi statistika olduğu gizlin deyil.

Dünya birliyinin qəbul etdiyi, bugünkü və gələcək nəsillərin inkişafı baxımından fundamental əhəmiyyət kəsb edən 17 qlobal məqsəd və 169 hədəfdən ibarət “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” (“Gündəlik-2030”) cəmiyyətin yeni inkişaf mərhələsinin başlanğıcı olmaqla, əhali haqqında yüksək keyfiyyətli, aktual, etibarlı və daha müfəssəl məlumatların mövcudluğunu ön plana çəkir. “Gündəlik-2030”dan irəli gələn vəzifələr dayanıqlı inkişaf üzrə yeni milli strategiyaların, proqramların və fəaliyyət planlarının hazırlanmasını tələb edir ki, bu da, öz növbəsində, insanları xarakterizə edən gəlir, cins, yaş, əlillik, miqrasiya statusu, dini, etnik mənsubiyyəti, coğrafi məskunlaşma və milli şəraitə uyğun digər əlamətlərə görə məlumatlara malik olmadan mümkün deyil. Əhalini siyahıyaalmanın mühüm dövlət tədbiri olduğunu qeyd edən ekspertlər hesab edirlər ki, ərazilərimizin 20 faizinin işğal olunduğu müharibə, habelə dərin iqtisadi və siyasi böhran şəraitində kollektiv təsərrüfat sistemindən müasir bazar iqtisadiyyatına keçid dövründə təzahür edən sosial problemlər demoqrafik meyllərə təsirsiz ötüşə bilməyib. Ekspertlət vurğulayırlar ki, 1994-cü ildə imzalanmış atəşkəs razılığı, 1996-cı ildə əldə olunmuş makroiqtisadi sabitlik və 1997-ci ildən başlamış dinamik sosial-iqtisadi inkişaf müsbət sosial-demoqrafik proseslərin dərindən öyrənilməsi və təhlili üçün milli siyahıyaalmanın keçirilməsini zəruri edib.

Azərbaycan əhalisi haqqında dolğun məlumatlar ilk dəfə 1999-cu ildə müstəqil Azərbaycan Respublikasında keçirilmiş əhalini siyahıyaalma prosesi zamanı məlum olub.

Sosioloqların bildirdiyinə görə, son 10 il ərzində ölkə əhalisinin demoqrafik göstəriciləri xeyli dəyişib, bu halda əhali haqqında yeni demoqrafik məlumatların toplanması zərurəti yeni siyahıyaalmanın keçirilməsini qaçılmaz edib. 2009-cu ildə 8 milyon 922,4 min əhalisi olan Azərbaycanda növbəti siyahıyaalma ərəfəsində 10 milyonuncu sakin qeydiyyata alınıb.

Sosioloqlar vurğulayırlar ki, əhalini siyahıyaalma baza xarakterli statistik məlumatların əldə edilməsinin əsas mənbəyidir. Onlar hesab edirlər ki, müasir dövrdə sosial-iqtisadi proseslərin idarə olunmasında, informasiya məkanının formalaşdırılmasında, ölkələrin inkişaf səviyyəsinin qiymətləndirilməsində rəsmi statistikanın əhəmiyyəti daha da artıb. Bu gün statistika məlumatı olmadan dünyada mühüm qərarların qəbul edilməsi mümkün deyil. Qlobal səviyyədə baş verən proseslər də göstərir ki, dəqiq statistika olmadan dayanıqlı inkişafa nail olmaq mümkün deyil. Əhalinin iqtisadi ehtiyacları və davranışları ictimai həyatın müxtəlif mərhələlərində fərqləndiyini qeyd edən mütəxəssislərin bildirdiyinə görə, onların yaş-cins strukturunda baş verən dəyişikliklər ümumi sosial-iqtisadi fəaliyyətə əhəmiyyətli dərəcədə təsir göstərir. Bu səbəbdən də dayanıqlı inkişaf üçün əhalinin sayı, tərkibi, məşğulluq vəziyyəti, təhsili, məskunlaşması və digər demoqrafik xüsusiyyətləri, eləcə də artım tendensiyası haqqında məlumatlar mühüm əhəmiyyət kəsb edir.

Əhalini siyahıyaalma ölkənin bütün vətəndaşlarına aid demoqrafik, iqtisadi və sosial məlumatların müəyyən olunmuş vaxtda toplanması, ümumiləşdirilməsi, öyrənilməsi və yayılması deməkdir.

Azərbaycanda əhalini siyahıyaalma prosesinin başlanmasına çox az vaxt qalıb. Hesab edirik ki, bu bu proses ölkəmizdə uğurla həyata keçiriləcək. Siyahıyaalma prosesi ilə bağlı əhali arasında aparılan maarifçilik işi də öz bəhrəsini verir. Bunun nəticəsidir ki, ölkə əhalisi siyahıyaalma prosesini böyük maraqla gözləyir.  

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim edilir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ