şənbə günü, 14 noyabr 2026
     

Şəhid ailəsini İsfəndiyar Axundova uduzduran hakim Əsəd Mirzəliyevə sərt ittihamlar…

Image


Əliməmməd Nuriyev: “Ola bilsin, sənədlərdə hüquqla bağlı hansısa kiçik problemlər olub, ancaq bu o demək deyil ki, həmin iş adamı şəhid ailəsinə qarşı bu cür davranış nümayiş etdirməli idi”

 

Sosial şəbəkələrdə və internet saytlarında iş adamı Şərurlu İsfəndiyarın (İsfəndiyar Axundov) məhkəmə yolu ilə aprel şəhidi, polkovnik-leytenant Sənan Axundovun ailəsinə məxsus evi əllərindən alması barədə xəbərlər yayılıb. Sosial mediada iş adamının aprel şəhidinin ailəsinə qarşı sərgilədiyi bu davranış ciddi qınağa səbəb olub. 

Prezident İlham Əliyev iş adamlarının fəaliyyətinə hər zaman diqqət göstərib və onlar üçün münbit şərait yaradıb. Eyni zamanda, dəfələrlə vurğulayıb ki, iş adamlarının cəmiyyət qarşısında sosial məsuliyyəti var və onlar hər zaman həssas qruplara dəstək olmalı, onlarla bağlı həyata keçirilən layihələrdə yaxından iştirak etməlidirlər. Ölkə başçısının, eləcə də ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrinə diqqət və qayğısı, həssas qruplara göstərdikləri münasibət iş adamları üçün də bir nümunə olmaldır. Təəssüf ki, bir çox iş adamı özlərinin sosial məsuliyyətini dərk etmək istəmir. Aprel şəhidinin ailəsini evsiz qoyan Şərurlu İsfəndiyar kimi.

Aprel şəhidi, polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova mətbuata bildirib ki, iş adamı Ali Məhkəmənin çıxardığı qərarla onlara məxsus evi əllərindən alıb. Nəcibə Axundovanın sözlərinə görə, S.Axundov şəhid olmamışdan bir neçə il əvvəl “Kamran MMC”nin tikdiyi binadan 50 kvadratmetr yer götürüb, sonra “Kamran MMC”nin işçiləri barəsində cinayət işi başlanıb və binanın 11 mərtəbəsini biznesmen Şərurlu İsfəndiyar alıb.

O qeyd edib ki, iş adamı həmin binada əlavə beş mərtəbə də tikib. Onun sözlərinə görə, Şərurlu İsfəndiyar isə sakinlərlə şərt kəsib və deyib ki, binadakı mənzillər üçün onun istədiyi qiymət ödənilməlidir.

Şəhidin xanımının verdiyi məlumata görə, məhkəmə proseslərindən biri Sənan Axundov sağ olanda baş tutub, qərar Axundovlar ailəsinin lehinə olub, lakin Ali Məhkəmə Şərurlu İsfəndiyarı müdafiə edib və şəhid ailəsini evsiz qoyub.

N.Axundova deyib ki, Şərurlu İsfəndiyara əlavə ödəniş etməkdən imtina etdiklərinə görə evləri əllərindən alınıb: “Mən Şərurlu İsfəndiyardan əlavə mənzil və ya başqa heç nə istəmirəm. Tələbim yalnız haqqını ödədiyimiz mənzilimizdir. Onu da İsfəndiyar yalnız ikiqat pul ödədikdən sonra bizə verəcəyini deyir. Əvvəl bizdən 100 min, sonra 53 min manat istəmişdilər. Biz bu mənzilə 53 min manat ödəmişdik, 11 min manat isə borcumuz qalmışdı. Əlavə ödəniş verməyə razılaşmamışdıq. Bina təhvil veriləndən sonra 76 ailədən mənzillərin ikiqat qiymətini tələb etdi və razılaşanlara çıxarış verildi. Kim ki, onun istədiyi məbləği vermədi, onların müqavilələrini yeniləmədi, saxta adlandıraraq məhkəmələrə verdi” - deyə o qeyd edib.

N.Axundova açıqlamasında diqqətçəkən müqayisə apararaq bildirib ki, Ali Məhkəmənin lehinə qərar çıxardığı vətəndaşlardakı müqavilələrlə onların müqaviləsi arasında heç bir fərq yoxdur. Bəs necə olur ki, məhkəmə birinin müqaviləsini saxta hesab edir, digərininkini isə həqiqi? “Biz Ali Məhkəmədə bu məsələni qaldırdıq. Kassasiya şikayətinə bir müraciəti də əlavə edərək bildirdik ki, eyni şirkət, eyni bina, eyni müqaviləsi olan vətəndaş məhkəməyə müraciət edib və məhkəmə Şərurlu İsfəndiyarın əleyhinə qərar çıxarıb. Vətəndaş məhkəməni udub. İsfəndiyar vətəndaşı Apelyasiya Məhkəməsinə verib. Lakin yenə Ali Məhkəmə vətəndaşın hüquqlarını müdafiə edib və onun lehinə qərar çıxarıb. Mən başa düşə bilmirəm ki, bizim situasiyada fərqli olan nədir ki, Ali Məhkəmə Apelyasiyanın qərarını qüvvədə saxladı? Halbuki, söhbət eyni binadan, eyni müqavilədən gedir. Bizdə isə müqavilənin saxta olduğunu irəli sürdülər. Belə çıxır ki, bu saxta müqavilə ilə iki il bundan əvvəl başqa bir vətəndaş haqqında Apelyasiya Məhkəməsinin verdiyi qərar ləğv edilib və vətəndaşın xeyrinə qərar çıxarılıb. Yəni məhkəmə özünü təkzib edir?! Bəs 76 ailənin müqaviləsi də eyni cür verilib, onlar saxta olmadı, elə bizim müqaviləmiz saxta oldu?” - deyə qeyd edən N.Axundova onu da bildirib ki, srağagünkü prosesi aparan hakim Əsəd Mirzəliyev onların fikirlərinə önəm verməyib və şəhid ailəsinin hüquqlarının tapdalanmasına göz yumub: “Elə ilk başda bizə əlavə heç bir fikir söyləməməyimiz tapşırıldı. Mən dərhal buna etiraz etdim. Çünki o ev, o mənzil mənim pulumla tikilib. Bunu qeyd etməməliyəm? Məhkəmə hələ başlamamışdı, amma artıq çıxarılacaq qərar bəlli idi. Məhkəmə bizə söz vermək, fikrimizi dinləmək istəmirdi. Bu, adi qonşu mübahisəsi deyil, mal-mülk davası deyil. Bu, biznesmenin Azərbaycan torpaqları uğrunda canından keçmiş oğulun, şəhidin ailəsinə qarşı ədalətsizliyidir. Mən demirəm kimsə bizə əlavə üstünlük versin, mən öz haqqımızı tələb edirəm. Lakin məsələyə obyektiv yanaşılmır” - deyə o vurğulayıb.

Şəhid xanımı, həmçinin, məsələ ilə bağlı çıxarılan ədalətsiz qərardan ölkə rəhbərliyinə müraciət ünvanlayaraq, ədalətin bərpa edilməsində kömək istəyib.

Qeyd edək ki, Şərurlu İsfəndiyar aprel şəhidinin ailəsinin əlindən onlara məxsus 50 kvadratmetrlik mənzili alsa da, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva S.Axundovun ailəsini sevindirib. Belə ki, Mehriban Əliyevanın göstərişi ilə şəhid zabitin ailəsi yeni mənzillə təmin olunub.

Aprel şəhidi, polkovnik-leytenant S.Axundovun ailəsinə məxsus evi onların əlindən alan iş adamı İsfəndiyar Axundovun bu hərəkətini qətiyyətlə pisləyən tanınmış hüquqşünas Əliməmməd Nuriyev “Bakı-Xəbər”ə bildirdi ki, şəhid ailəsi hüquqi baxımdan haqsız olsaydı belə, iş adamının belə bir addım atması mənəvi cəhətdən doğru deyil. O bunun hüquqi yox, daha çox mənəvi bir məsələ olduğunu vurğulayaraq bildirdi ki, iş adamları hər şeyi öz biznes maraqlarına qurban verirlər. “Yadımdadır, cənab Prezident özü də deyib ki, iş adamlarının öz funksiyaları var, onlar biznesdən gəlir əldə etməlidir, ancaq, eyni zamanda, onların cəmiyyət qarşısında da öz məsuliyyəti var. Bu da sosial məsuliyyətdir. Yəni cəmiyyətdə kövrək, həssas insanlar, təbəqələr var, iş adamları onlara münasibətdə daha diqqətli olmalıdırlar. Cəmiyyətin xeyrinə keçirilən sosial-ictimai layihələrə iş adamları dəstək verməlidirlər. Çox təəssüf ki, Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olan şirkətlərin, insanların mütləq əksəriyyəti sosial məsuliyyət anlayışından uzaqdır, onların yeganə məqsədi yalnız gəlir əldə etməkdir. Bizdə böyük tikinti şirkətləri var və onlar daha çox qazanırlar, lakin biz onların sosial layihələrdə hər hansı bir iştiraklarını görmürük. Əslində, şəhid ailələri Vətən, torpaq uğrunda həlak olan insanların ailələridir. Onlara yalnız dövlət tərəfindən deyil, cəmiyyətin bütün təbəqələri tərəfindən diqqət-qayğı göstərilməlidir. Özəl sektor da şəhid ailələrindən öz qayğısını əsirgəməməlidir. Bu məsələ ilə bağlı hüquqi baxımdan problemlər var idisə belə, bu məhkəmə prosesi şəhid ailəsinin xeyrinə həll oluna bilərdi. Mənə elə gəlir ki, bundan həmin şəxsin gəlirləri azalmayacaqdı, əksinə, o, xeyirxah əməlinə görə özünə daha müsbət imic qazanardı. Bunun əvəzində hər şeydən yüksək olan mənəvi gəlir əldə edərdi, nəinki şəhid ailəsini məhkəməyə verib onlara məxsus evi əllərindən almaqla. Ola bilsin, sənədlərdə hüquqla bağlı hansısa kiçik problemlər olub, ancaq bu o demək deyil ki, həmin iş adamı şəhid ailəsinə qarşı bu cür davranış nümayiş etdirməli idi. Bu məsələ artıq kütləvi informasiya vasitələrində müzakirə olunur. Görürsünüz, hörmətli Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva tərəfindən yenə də, həmişə olduğu kimi, qərar qəbul olundu və aprel şəhidinin ailəsi Nərimanov rayonunda evlə təmin edildi. Xeyirxahlıq Mehriban xanımın həyat kredosudur. Mən şəhid ailəsini evlə təmin etdiyinə görə ona öz təşəkkürümü bildirirəm. Heç olmasa həm dövlət başçısının, həm də Birinci vitse-prezidentin göstərdikləri bu nümunələrdən iş adamları örnək götürsünlər. Onlar cəmiyyətə hər gün yeni nümunələr təqdim edirlər. Biznes sektoru hansı nümunələr göstərir? Şəhid ailəsinin evini əlindən almaq nümunəsi? Şəhid ailəsinə münasibət beləmi olmalıdır? İş adamının aprel hadisəsinin ildönümü ərəfəsində onun ailəsinə məxsus evi əllərindən alması heç cür müsbət qarşılana bilməz. Bu ev aprel şəhidinin ailəsinə aiddir. Bu gün bütün diqqətimiz aprel hadisələrindədir. Aprel şəhidləri Azərbaycan xalqına böyük və yeni qələbə ruhu bəxş etdilər, belə bir insanın ailəsinə münasibətdə biznes adamının bu hərəkəti qətiyyən qəbuledilən deyil. Mən məsələnin mənəvi tərəfindən danışıram, onun hüquqi tərəfinə toxunmaq istəmirəm. Elə məsələlər var ki, orada mənəvi tərəf hüquqdan üstündür. Bu baxımdan, bu məsələyə diqqətlə yanaşılmalı və proses şəhid ailəsinin xeyrinə həll olunmalı idi. Ancaq bunu etmədilər. Çünki bizim biznes adamlarının məfkurə, dünyagörüşü baxımından, sosial məsuliyyət nöqteyi-nəzərindən anlayışları yoxdur, yaxud aşağı səviyyədədir. Çox təəssüf edirəm ki, iş adamı şəhid ailəsinin evinə əl uzatdı, bu, hər şeydən əvvəl mənəvi cəhətdən haqsızlıqdır. Onun bu məsələdə yumşaq mövqe tutmaq imkanı vardı və buna onun gəlirləri, şirkətinin maddi qazancları da imkan verirdi” - deyə bildirən Ə.Nuriyevin sözlərinə görə, şəhid ailəsinin başına oyun gətirən iş adamları sabah cəmiyyət içinə necə çıxacaqlar. “Anlaya bilmirəm ki, şəhid ailələrinə qarşı bu cür hərəkətlər edən şəxslər Allah qarşısında necə hesabat verəcəklər? Belə ədalətsizlik olmaz” - deyə Ə.Nuriyev vurğuladı. O bildirdi ki, yuva qurmaq istəyən bir insanın yuvasını uçuran insanlar böyük günaha batırlar. “Belə bir davranışı heç kəsə layiq bilməzdim” - deyə Ə.Nuriyev qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ