Cümə günü, 06 noyabr 2026
     

Qarabağ Universitetində “Mənəvi dəyərlər” günü keçirilib

Image


Oktyabrın 13-də Qarabağda Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyinə həsr edilmiş “Mənəvi dəyərlər” həftəsi çərçivəsində Qarabağ Universitetində “Mənəvi dəyərlər” günü keçirilib. Qarabağ Universitetinin rektoru Şahin Bayramov tədbiri giriş sözü ilə açaraq “Mənəvi dəyərlər” gününün məhz Qarabağ Universitetində keçirilməsinin rəmzi və strateji önəm daşıdığını bildirib. Gənclərin milli-mənəvi dəyərlərə bağlılıq, vətənpərvərlik prinsipləri əsasında yetişdirilməsinin Universitetin qarşısına əsas vəzifə kimi qoyulduğunu vurğulayıb. Bu cür layihələrin gənc nəslin milli kimlik şüurunun möhkəmləndirilməsinə, ailə dəyərlərinin, tarixi irsimizin, o cümlədən Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və mənəvi irsinin təbliğinə töhfə verdiyini qeyd edib. Rektor bu qəbildən olan tədbirlərin ardıcıl xarakter daşımasının vacibliyini bildirərək “Mənəvi dəyərlər” həftəsi çərçivəsində reallaşan əməkdaşlığın gələcəkdə daha geniş miqyasda davam etdiriləcəyinə inamını ifadə edib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Zəfərimizin 5 illiyi münasibəti ilə “Mənəvi dəyərlər” həftəsinin təşkil olunmasının böyük əhəmiyyət kəsb etdiyini deyib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq layihələri, “Böyük qayıdış” proqramı haqqında ətraflı məlumat verən E.Yusubov bildirib ki, bu gün Qarabağda və bütövlükdə işğaldan azad edilmiş ərazilərdə təkcə dağıdılmış infrastrukturu deyil, insanlarımızın qəlbindəki inancı, mərhəməti və birliyi də bərpa edilir. Mədəni və mənəvi irsimizin qorunmasına istiqamətlənmiş dövlət siyasəti çərçivəsində Qarabağda məscidlər, kilsələr, ziyarətgahlar, mərkəzlər və təhsil ocaqları bərpa olunur, yenidən qurulur. Elçin Yusubov qeyd edib ki, Qarabağda mənəvi dəyərlərin dirçəlişi bütövlükdə Azərbaycanın dirçəlişidir. Bu dəyərləri yaşatmaq tarix və gələcək nəsillər qarşısında borcumuzdur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinin sosial-iqtisadi və siyasi əhəmiyyəti ilə yanaşı, həm də mənəvi məzmunu olduğunu bildirib. Bu prosesin xalqımızın onilliklər ərzində qırılmış qürurunun bərpası olduğunu qeyd edən Komitə sədri deyib ki, Qarabağ Universitetinin yaradılması tarixin yeni bir dövrünün işarəsidir. Azərbaycan xalqı 30 il ərzində dağıdılmış, viran qoyulmuş torpaqları təhsil, mədəniyyət və iqtisadi rifah mərkəzinə çevirir. Qəhrəmanlarımızın uğrunda canlarından keçdiyi ideyaların yeni təhsil ocaqları, mədəniyyət nümunələrinin yaradılması ilə əbədiləşdirildiyini bildirən Ramin Məmmədov vurğulayıb ki, elm və mənəviyyat yenidənqurmanın iki əsas sütunudur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və onun tabeliyindəki qurumların da əsas məqsədi milli həmrəyliyi, dini dözümlülüyü və mənəvi dəyərləri qorumaq, inkişaf etdirmək, gənclərin düşüncəsində bu dəyərlərin möhkəmlənməsinə töhfə verməkdir.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov çıxışında Qarabağın elmi, dini-mənəvi irsinin qorunması və yeni nəslə aşılanmasının vacibliyini qeyd edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, onun tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun öz fəaliyyətlərində bu məqama xüsusi diqqət yetirdiyini bildirib. Mənəvi Dəyərlərin Təbliği Fondunun İnstitutun yüksək elmi göstəriciləri olan tələbələri üçün ayırdığı mükafatlardan ikisinin məhz Qarabağın elmi-mənəvi tarixi ilə bağlı olduğunu vurğulayıb. A.Şirinov həmçinin, Qarabağ Universiteti ilə Azərbaycan İlahiyyat İnstitutu arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Rəsmi çıxışlardan sonra tədbir elmi mühazirələrlə davam etdirilib.

Qarabağ Universitetinin Filologiya kafedrasının müdiri, filologiya elmləri doktoru Əzizağa Nəcəfov “Qarabağın təhsil tarixi və Qarabağ Universiteti təhsilimizin yeni mərhələsi kimi” mövzusunda çıxış edib. O, Qarabağda təhsilin tarixi köklərindən, işğal dövründə itirilən mənəvi və elmi potensialdan, eyni zamanda Qarabağ Universitetinin bu boşluğu doldurmaqda oynadığı roldan danışıb.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədov isə “Mənəvi dəyərlər: fərdi və sosial həyatda əhəmiyyəti və funksiyaları” mövzusunda mühazirə ilə çıxış edib. Məruzədə fərdi inkişafda mənəvi prinsiplərin rolu və onların cəmiyyət həyatında təsirləri təhlil olunub. Tədbir tələbələr və müəllimlərin iştirakı ilə bədii proqramla davam edib. Konsertdə Azərbaycan musiqi mədəniyyətinin klassik və xalq irsini əhatə edən ifalarla yanaşı, dünya musiqi nümunələrindən də parçalar səsləndirilib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ